Anatoli Zlenko

Anatoli Zlenko
ukr. Анатолій Максимович Зленко
Ukraynanın 4-cü Xarici İşlər naziri
bayraq2
2 oktyabr 2000 – 2 sentyabr 2003
PrezidentLeonid Kuçma
Hökumət başçısıViktor Yuşşenko
Viktor Yanukoviç
Anatoli Kinax
ƏvvəlkiBoris Tarasyuk
SonrakıKonstantin Qrişenko
24 avqust 1991 – 25 avqust 1994
PrezidentLeonid Kravçuk
Leonid Kuçma
Hökumət başçısıVitold Fokin
Valentin Simonenko
Leonid Kuçma
Efim Zvyaqilski
Vitali Masol
Əvvəlkiözü, Ukrayna SSR Xarici İşlər naziri kimi
SonrakıGennadi Udovenko
bayraq
Ukraynanın BMT-dəki daimi nümayəndəsi
bayraq2
28 sentyabr 1994 – 19 sentyabr 1997
ƏvvəlkiBoris Qudima
SonrakıVladimr Yelçenko
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyun 1938(1938-06-02)
Vəfat tarixi 1 mart 2021(2021-03-01)[1] (82 yaşında)
Dəfn yeri
Təhsili
Fəaliyyəti dövlət xadimi, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Maksimoviç Zlenko (ukr. Анатолій Максимович Зленко; 2 iyun 19381 mart 2021[1]) — Ukrayna dövlət xadimi. 1990-cı ilin iyulundan 1994-cü ilin avqustuna qədər və 2000-ci ilin oktyabrından 2003-cü ilin sentyabrınadək iki dəfə Ukraynanın Xarici İşlər naziri olub.

Anatoli Zlenko, Kiyev Mədən Kolleci və Taras Şevçenko adına Kiyev Milli Universitetində (tərcüməçi-referent) təhsil alıb.

Ukraynanın Xarici İşlər naziri Anatoli Zlenko ilə İran Prezidenti Məhəmməd Hatəmi, 19 iyul 2003-cü il

Anatoli Zlenko, 1967-ci ildən diplomatik fəaliyyətdədir. 1967-ci ildə attaşe, Ukrayna SSR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin ikinci katibi olub.

  • 1973–1979-cu illərdə Parisdə YUNESKO Katibliyində çalışıb.
  • 1979-cu ildə Ukrayna SSR Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin müşaviri olub.
  • 1979–1983-cü illərdə Ukrayna SSR YUNESKO üzrə Komissiyasının məsul katibi olub.
  • 1983–1987-ci illərdə Ukrayna SSR-nin YUNESKO yanında daimi nümayəndəsi olub.
  • 1989–1990-cı illərdə Ukrayna SSR Xarici İşlər Nazirinin birinci müavini olub.
  • 1990-cı il iyulun 27-dən 1991-ci ilə qədər Ukrayna SSR Xarici İşlər naziri olub.[2].
  • 1991-ci ildən 1994-cü il avqustun 25-dək Ukrayna Xarici İşlər naziri vəzifəsində çalışıb.
  • 1994-cü il sentyabrın 28-dən 1997-ci il sentyabrın 19-dək Ukraynanın BMT-dəki daimi nümayəndəsi olub.
  • 19 sentyabr 1997-ci ildən 2 oktyabr 2000-ci ilə qədər Ukraynanın Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
  • 19 sentyabr 1997-ci ildən 2000-ci il oktyabrın 17-dək Ukraynanın UNESCO yanında daimi nümayəndəsi olub.
  • 1998-ci il aprelin 14-dən 2000-ci il oktyabrın 17-dək Ukraynanın Portuqaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ştatdankənar vəzifədə çalışıb.
  • 2000-ci il oktyabrın 2-dən 2003-cü il sentyabrın 2-dək Ukraynanın Xarici İşlər naziri (ikinci dəfə) olub.
  • 2003-cü il oktyabrın 15-dən 2005-ci il yanvarın 22-dək Ukrayna Prezidentinin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri olub.
  • 2004–2005-ci illərdə BMT-nin İnsan Hüquqları Komissiyasında Ukraynanın nümayəndəsi olub.[3]
  • 2006-cı il oktyabrın 13-də o, Ukraynanın baş naziri Viktor Fyodoroviç Yanukoviçin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib.[4]
  • 2006-cı ilin yayından "Ukrayna Forumu" vətəndaş-siyasi birliyinin sədr müavini, 2009-cu ilin yazından "Yeni Ukrayna" Vətəndaş Hərəkatı Şurasının üzvü olub.
  • 2010-cu ilin sentyabrından Kiyev Slavyan Universitetinin vitse-prezidenti və KSU-nun Slavyanşünaslıq və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub.

Anatoli Zlenko 2021-ci il martın 1-də 82 yaşında vəfat edib.[5] O, martın 4-də Baykovo qəbiristanlığında (sahə No 42a) dəfn edilib.[6]

O, ukrain və rus dillərindən əlavə ingilis, ispan, portuqal və fransız dillərini də bilirdi.

  • "Knyaz Yaroslov Mudro" ordeni
    • I dərəcə (23 avqust 2021-ci il, ölümündən sonra) — Ukrayna dövlətinin dövlət quruculuğuna, müdafiə qabiliyyətinin gücləndirilməsinə, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsilin inkişafına mühüm şəxsi töhfəsinə, mühüm əmək nailiyyətlərinə, uzun illər vicdanlı əməyinə və Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə[7]
    • II dərəcə (22 dekabr 2017-ci il) — Ukraynanın beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə və yüksək peşəkarlığına görə[8]
    • III dərəcə (22 yanvar 2016-cı il) — Ukrayna dövlətinin dövlət quruculuğuna, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsil inkişafına, Ukrayna cəmiyyətinin möhkəmlənməsinə mühüm şəxsi töhfəsinə, uzun illər vicdanlı əməyinə görə[9]
    • IV dərəcə (23 avqust 2011-ci il) — Ukraynanın müstəqilliyinin bərqərar olmasında, onun suverenliyinin və beynəlxalq nüfuzunun bərqərar olunmasında mühüm şəxsi töhfəsinə, dövlət quruculuğunda, sosial-iqtisadi, elmi-texniki, mədəni-maarif fəaliyyətində xidmətlərinə görə; ukrayna xalqına vicdanlı və qüsursuz xidmətinə görə[10]
    • V dərəcə (30 may 2008-ci il) — Ukrayna diplomatik xidmətinin formalaşmasına və inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görə[11]
  • "Şərəf" ordeni
    • I dərəcə (2 iyun 2003-cü il) — dövlət quruculuğunda Ukrayna qarşısında mühüm şəxsi xidmətlərinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə görə[12]
    • II dərəcə (12 iyul 1999-cu il) — diplomatik xidmətin inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görə[13]
    • III dərəcə (14 fevral 1997-ci il) — uzun illər səmərəli diplomatik fəaliyyətinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və Ukraynanın dünyada artan roluna mühüm şəxsi töhfəsinə görə[14]
  • Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
  • "Fəxri legion" ordeni (Fransa, 1998)
  • Ləyaqət Ordeninin Böyük Xaçı (Portuqaliya, 16 aprel 1998)[15]
  • Böyük Müqəddəs Qriqori ordeninin I dərəcəli komandiri (11 dekabr 2001, Vatikan)[16][17]
  • "Şərəf" ordeni (Gürcüstan, 2003)

Diplomatik ranq

[redaktə | mənbəni redaktə et]

14 sentyabr 1990-cı ildə Fövqəladə və Səlahiyyətli səfir olub.

  1. 1 2 https://www.dw.com/uk/pomer-pershyi-hlava-mzs-ukrainy-anatolii-zlenko/a-56734275.
  2. "Про призначення тов. Зленка А.М. Міністром закордонних справ Української РСР". Офіційний вебпортал парламенту України (ukrayna). İstifadə tarixi: 2023-10-26.
  3. Зленко Анатолий Максимович. Украинський Форум [ölü keçid]
  4. "Янукович набрал себе советников". 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-29.
  5. "Пішов з життя ексміністр закордонних справ Зленко". www.ukrinform.ua (ukrayna). 2021-03-01. 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  6. "У Києві поховали Анатолія Зленка - новини, політика". Інформаційне агентство Вголос/Vgolos (ukrayna). 2021-03-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  7. "Указ Президента України від 23 серпня 2021 року № 406/2021 «Про відзначення державними нагородами України з нагоди Дня Незалежності України»". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-25.
  8. Указ Президента України № 425/2017 від 22 грудня 2017 року "Про відзначення державними нагородами України з нагоди Дня працівників дипломатичної служби" Arxivləşdirilib 2017-12-22 at the Wayback Machine (ukr.)
  9. Указ Президента України № 18/2016 від 22 січня 2016 року "Про відзначення державними нагородами України з нагоди Дня Соборності України" Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine (ukr.)
  10. "Указ Президента Украины № 845/2011 от 23 августа 2011 года «О награждении государственными наградами Украины по случаю 20-й годовщины независимости Украины»". 2012-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
  11. "Указ Президента Украины № 491/2008 от 30 мая 2008 года «О награждении А.Зленко орденом князя Ярослава Мудрого»". Archived from the original on 2008-06-01. İstifadə tarixi: 2024-03-18.
  12. Указ Президента України № 458/2003 від 2 червня 2003 року "Про нагородження А. Зленка орденом "За заслуги"" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
  13. Указ Президента України № 818/99 від 12 липня 1999 року "Про нагородження відзнаками Президента України" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
  14. Указ Президента України № 141/97 від 14 лютого 1997 року "Про нагородження відзнакою Президента України — орденом "За заслуги"" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
  15. Информация на сайте Президента Португалии Arxivləşdirilib 2013-03-03 at the Wayback Machine (por.)
  16. Acta Apostolicae Sedis, 2002. — P. 705. Arxivləşdirilib 2015-06-11 at the Wayback Machine (ital.)
  17. "Папа Римський видав ордени Литвину, Радченку, Дагаєву і т.д." Українська правда. 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-10.
  • Зленко Анатолий Максимович // Кто есть кто в России и в ближнем зарубежье: Справочник. — М.:Издательский дом "Новое время", "Всё для Вас", 1993, С. 256–257. ISBN 5–86564-033-X

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]