Ancelina Coli | |
---|---|
ing. Angelina Jolie | |
Doğum adı | Angelina Jolie Voight |
Doğum tarixi | 4 iyun 1975[1][2][…] (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Partnyorları | |
Atası | Con Voyt |
Anası | Marşelin Bertrand[d] |
Fəaliyyəti | model[d], aktrisa, xeyriyyəçi |
Fəaliyyət illəri | 1982-ci ildən |
Təhsili |
|
Boyu | 169 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0001401 |
Vikianbarda əlaqəli mediafayllar |
Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; 4 iyun 1975[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri.
Ancelina Coli 4 iyun 1975-ci ildə[4] ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir.
Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır.
Colinin 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina 2 il Li Strasberq adına kino məktəbinə daxil olur. Daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır.
Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra 1993-cü ildə "Kibor 2" adlı filmdə rol alsa da bu da ona uğur gətirmir, lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu-York Tayms kimi qəzet onun haqqında yazır.
1997-ci ildə çəkilmiş "Corc Volles" filmindəki roluna görə Emmi və Qızıl Qlobus mükafatına sahib olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur. 2 il ardıcıl olaraq.
Çətin və yorucu "Cia" filminin çəkilişlərindən sonra Ancelina Coli səhnələrdən dincəlmək üçün Nyu-Yorka köçür. Burada o Nyu-York Universitetində ssenarist təhsili almağa başlayır və Denzel Vaşinqtonla birgə "Qorxunun hökmü" filminə çəkilir. Film 151 milyon kassa gəliri əldə edir.
1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsə də tam əksinə 2-ci plan aktrisası Ancelina Colinin triumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə Qızıl Qlobus mükafatı qazanır, Amerika Kinoaktyorlar Birliyi mükafatı və nəhayət Oskarın sahibi olur. Yay aylarında Coli "60 saniyəyə oğurluq" filmində Nikolas Keyclə birgə rol alır. Bu film isə 230 milyon kassa gəliri əldə etdi.
2001-ci ildə məşhur kompüter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol məhz Ancelinaya təklif olunur. Lara Kroft adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. Lara Kroft filminin 2-ci hissəsi isə 2003-cü ildə ekrana çıxır. Film birincisindən uğursuz alınır və bu səbəbdən kassa gəliri 160 milyon dolları keçmir. Ancelina isə bu filmə görə 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Coli üçün xüsusi olaraq solaxaylarçün nəzərdə tutulmuş silah da tapırlar.
Lara Kroft filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.
2004-cü il Ancelina Coli üçün uğurlu olur. Öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Və nəhayət 2005-ci ildə ekranlara çıxan "Cənab və Xanım Smit" filminin kontraktını imzalıyır. Bu filmlə o 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur xanım aktrisalarla eyni pilləyə yüksəlir.
2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında profesional qatıl olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər doğru olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.
Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan, lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb — 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.
2010-cu ildə Ancelina "Solt" adlı bədii filmdə baş rola çəkilib. 2011-ci ildə isə Conni Depplə birgə "Turist" filmində rol alıb. Hər iki film uğurlu alınıb.
Poster | Filmin ili | Filmin azərbaycanca adı | Filmin orijinal adı | Rol |
---|---|---|---|---|
1982 | Çıxış yolu axtarışında | Lookin' to Get Out | Toş | |
1993 | Kiborq 2: Şüşə kölgə | Cyborg 2: Glass Shadow | Kazella "Kaş" Riz | |
1995 | Hakerlər | Hackers | Keyt Libbi | |
1995 | Dəlilsiz | Without Evidence | Codi Suzarincen | |
1996 | Səhranın ayı | Mojave Moon | Eleanor "Eli" Riqbi | |
1996 | İtalyan məşuqlar | Love Is All There Is | Cina Malaçiçi | |
1996 | Yalançı alov | Foxfire | Marqret "Nojki" Sadovski | |
1997 | Tanrını təsvir edərkən | Playing God | Kler | |
1997 | Əsl qadınlar | True Women | Corciya Virciniya Louşi Vuds | |
1997 | Corc Volles | George Wallace | Korneliya Volles | |
1998 | Cəhənnəm qazanı | Hell’s Kitchen | Qloriya Makniri | |
1998 | Cia | Gia | Cia Karanci | |
1998 | Sevginin dönüklüyü | Playing by Heart | Coan | |
1999 | Uçuşları idarə edərkən | Pushing Tin | Meri Bell | |
1999 | Qorxunun hakimiyyəti | The Bone Collector | Ameliya Donahyu | |
1999 | Yarıda qalmış həyat | Girl, Interrupted | Lisa Rouv | |
2000 | 60 saniyəyə qaçırmaq | Gone in Sixty Seconds | Sara "Svey" Veyland | |
2001 | Lara Kroft: Sərdabələr oğrusu | Lara Croft: Tomb Raider | Lara Kroft | |
2001 | Yoldan çıxarma | Original Sin | Culiya Rassell / Bonni Kasl | |
2002 | Həyat və ya ona bənzər bir şey | Life or Something Like It | Lenni Kerriqan | |
2003 | Lara Kroft: Sərdabələr oğrusu. Həyatın beşiyi | Lara Croft Tomb Raider: The Cradle of Life | Lara Kroft | |
2003 | Hüdudda | Beyond Borders | Sara Cordan Boford | |
2004 | Həyəcan | The Fever | İnqilabçı | |
2004 | Həyatı alarkən | Taking Lives | İlleana Skott | |
2004 | Sualtı dostlar | Shark Tale | Lola | |
2004 | Səma Kapitanı və gələcəyin dünyası | Sky Captain and the World of Tomorrow | kapitan Frenki Kuk | |
2004 | Aleksandr | Alexander | Olimpiada | |
2005 | Mister və missis Smit | Mr. & Mrs. Smith | Ceyn Smit | |
2006 | Saxta tovlama | The Good Shepherd | Klover Vilson | |
2007 | Beovulf | Beowulf | Qrendelin anası | |
2007 | Onun ürəyi | A Mighty Heart | Marian Perl | |
2008 | Kunq-fu Panda | Kung Fu Panda | Dişi pələng | |
2008 | Xüsusi təhlükəli | Wanted | Foks | |
2008 | Dəyişdirmə | Changeling | Kristin Kollinz | |
2010 | Solt | Salt | Evelin Solt | |
2010 | Kunq-fu Pandanın bayramı | Kung Fu Panda Holiday Special | Dişi pələng | |
2010 | Turist | The Tourist | Eliz Klifton-Uord | |
2011 | Kunq-fu Panda 2 | Kung Fu Panda 2 | Dişi pələng | |
2014 | Malefisenta | Maleficent | Malefisenta | |
2015 | Kunq-fu Panda 3 | Kung Fu Panda 3 | Dişi pələng |