Andraşi Budapeşt Universiteti | |
---|---|
47°29′30″ şm. e. 19°03′51″ ş. u.HGYO | |
Şüar | We make you fit for Europe! |
Əsası qoyulub | 2 sentyabr 2002 |
Tip | Özəl |
Rektor | Prof. Dr. András Masát |
Tələbə sayı | təxminən 200 |
Şəhər | Budapeşt |
Ölkə | |
Ünvan | 1088 Budapest, Pollack Mihály tér 3. |
Sayt | andrassyuni.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir.[1]
AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.[2]
Dunay İnstitutu (Donau-İnstitut) – AUB-un mərkəzi instututudur, burada univeritetin təhsil verdiyi sahələr üzrə müxtəlif növ layihələr həyata keçirilir. Üstünlük əsasən tarix, siyasət, hüquq və iqtisadiyyat sahələrinə verilir. Həmçinin, instutut, universitetin öz tədqiqat işlərini Macarıstanın, universitetin əməkdaş ölkələrinin və digər Mərkəzi və Şərqi Avropa ölkələrinin araşdırma və tətiqat instututları ilə əlaqələndirməyə çalışır. AUB-un əsas araşdırmaları, Avropa inteqrasiyası və Dunay regionu haqqındadır, bu bölgənin siyasəti, iqtisadiyyatı, hüquq, və tarixi və mədəniyyəti mövzularına toxunur.[4]
AUB, əsasən alman dilində təhsil təklif edir. Alman dilli ölkələrdən olan professor və müaəllim heyəti və 25-dən çox ölkədən gələn tələbələr, yüksək səviyyəli təhsil abu-havası təşkil edirlər.
15-30 tələbədən ibarət kiçik beynəlxalq təhsil qruplarında mədəniyyətlərarası münasibət hər hansı ayrı sahə deyil, gündəlik praktikadır. Müxtəlif araşdırma sahələrindən gələn professor və tələbələr sıx təmasda olurlar və birlikdə çalışırlar. Bu, universitetin xüsusiyyətinə artıq çevrilmiş.[2]
Universitetin beynəlxalq və fənlərarası xüsusiyyətə malik olması təhsil konseptini daha da mükəmməlləşdirir. AUB-da təhsil almaq elmi təcrübə və perspektivlər vəd edir və sərbəst Avropa özüninkişafı təmin edir. Bu isə əla iş imkanları deməkdir.
Burada altı master proqramları var: dörd ardıcıl master proqramı və iki ikinci master proqramı. Avropanın mərkəzi, Dunay regionu, Budapeşt və ideal təhsil imkanlarına malik gənc və perspektiv vəd edən universitet - bunlar daha da böyük üstünlüklərdir.[6]
AUB-un tələbələrinin geniş təqaüd imanları olur. Universitetin 50%-dən çox tələbəsi hər hansı təqaüdə malikdir. Bu da onların bütün və ya bir çox xərclərini qarşılayır. Onlar istədikləri yerdən və istədikləri sahələr üçün təqaüd qazana bilərlər. Bu təqaüdlərlə onlar həm təhsil, həm də praktiki təcrübə də keçə bilərlər.[7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |