Andre Morua | |
---|---|
fr. André Maurois | |
| |
Doğum adı | Émile Salomon Wilhelm Herzog |
Doğum tarixi | |
Doğum yeri | Fransa |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Paris |
Vətəndaşlığı | Fransız |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1918-ci ildən |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü |
|
Mükafatları | |
Andre Morua Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Andre Morua (fr. André Maurois; Émile Salomon Wilhelm Herzog adıyla anadan olmuş;26 İyul 1885 - 9 Oktyabr 1967)- Fransa yazıçısı.
Andre Morua, Elbefdə dünyaya gəlimiş və Ruanın Pierr Kornell Lisesində təhsil almışdır[2],ki hər ikisidə Normandiyada yerləşir. Morua Ernest Herzoq, bir yəhudi tekstil istehsalçısı və Alis (Levi-Rüeff) Herzoqun oğlu idi.
Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Daha sonra ABŞ köçüb gedir və Kanzas Universitetinde müəllim kimi işləyir. Bu dövrdə O bioqrafik əsərlərini yazır: Frederik Şopen (1942), general Dvayt Eyzenhaver (1945), Bencamin Franklin (1945) və Vaşinqton (1946). 1943-cü ildə Morua Şimali Afrikaya köçür, 1946-cı ildə isə Fransaya qayıdır. İncə zövqə, dərin psixologizmə və sözün həqiqi mənasında klassik dünyagörüşünə malik andre Morua dünya ədəbiyyatında, əsasən , avtobioqrafik roman janrının ustadı kimi tanınır.Meri Şelli, Corc Bayron , Onore de Balzak, Viktor Hüqo, Aleksandr Düma , Jorj Sand, İvan Turgenyev və Çexov haqqında yazdığı kitablar Moruanın adını bu janrda yazılmış ən yaxşı əsərlər müəllifi kimi əbədiləşdirib.Fransa Müqavimət hərəkatının iştirakçısı olan görkəmli yazıçı İkinci Dünya müharibəsində fransız ordusunda kapitan kimi xidmət göstərmiş, alman qoşunları Parisi işğal edəndən sonra isə ABŞ-a mühacirətə gedərək Kanzas Universitetində çalışmışdır. Həmin dövrdə o topladığı zəngin sənədli materiallar əsasında Friderik Şopen, Eyzenhaver, Franklin və Vaşinqton haqqında bir-birindən maraqlı müxtəlif səpkili işlərin qələmə almaışdır. Yazıçının bioqrafik janrda yazdığı əsərlərində müxtəlif səbəblər üzündən Amerikada məskunlaşmağa məcbur olan mühacir fransızların həyatından bəhs edən və bu kitabda yer alan “Love in Exile” və “Qızıl plun qarğışı” adlı mühacirət mövzusunda yazdığı hekayələr də kifayət qədər oxunur. Andre Moruanın təkcə fransız ədəbiyyatında deyil, tərcümə olunduğu, demək olar ki, bütün xalqların dillərində maraqla qarşılanmasının əsas səbəbi – ilk növbədə, onun müasirliyindədir. Bu da, heç şübhəsiz, yazıçının böyük həyat təcrübəsindən, eyni zamanda elmi tədqiqatçılara məxsus zəngin mütaliəsindən irəli gələn bir amildir.Andre Morua 9 oktyabr 1967-ci ildə vəfat etmişdir.
Andre Moruanın “Yad qadına məktublar” əsəri onun tayı-bərabəri olmayan ən yaxşı sənət incisi sayılır. Bioqrafik romanlardan fərqli olaraq, bu “açıq məktublar"ı yazıçının “bəşər övladına səmimi ürək sözləri”, yaxud “gələcək nəsillərə tövsiyələri” kimi dəyərləndirmək, janrını isə esselərdən ibarət povest kimi səciyələndirmək mümkündür. Əbəttə, əsərin adı, yaxud hansı janra məxsus olması ikinci dərəcəli məsələ kimi o qədər də önəmli deyil. Əsas olan odur ki, burada ağlasığmaz incə mətləblərdən söz açılır və müxtəlif mövzularla bağlı düşüncə və münasibətini böyük ustalıqla qələmə alaraq oxuculara təklif və təqdim edir. Andre Morua tanımadığı cavan, gözəl və naməlum qadına-təsəvvüründə yaratdığı xəyali surətə üz tutaraq ona müxtəlif mövzularda məktublar yazır, dəyərli tövsiyələr verir, onun fikir və düşüncələrini bölüşür. Əslində, həmin xəyali varlıq elə yazıçının üz tutduğu naməlum obyekt bizlərdən hər birimizik və qiymətli fikirləri, faydalı məsləhətəri ilə, əslində, bizim hər birimizə səslənir. Andre Morua tədqiqatçılarını xeyli müddət məşğul etmiş bir sual da var: “Yad qadın” adlandırılan o gənc, gözəl xanım dünyada və müəllifin şəxsi həyatında həqiqətənmi mövcud idi? Lakin yazıçının bu “naməlum” gözələ ünvanladığı məktubları oxuyarkən sualın dəqiq cavcabına elə bir ehtiyac qalmır-çünki Moruanın yad qadına xitabən yazdığı həmin məktublar əslində, dərin mühakimə qabiliyyətinə malik bir yazıçının dünyanın qadınlı-kişili bütün “doğma” adamlarına ünvanlamış olduğu ürək sözləridir.