Andrea del Sarto | |
---|---|
Andrea del Sarto | |
| |
Doğum adı | Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi |
Doğum tarixi | |
Doğum yeri | Florensiya |
Vəfat tarixi |
28/29 sentyabr 1530 və ya 21 yanvar 1531 |
Vəfat yeri | Florensiya |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d], vizual incəsənət rəssamı |
Janr | Florensiya məktəbi |
Stil | Yüksək İntibah |
Vikianbarda əlaqəli mediafayllar |
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486[1], Florensiya[2] – 29 sentyabr 1530[3][1], Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar.
Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib. 1494-cü ildə Andrea əvvəlcə zərgərə, sonra oymaçıya, sonda isə rəssam Cian Barilə şagirdlik edir. Vazariyə görə sonralar o Pyero di Kozimo və Raffaellino del Qarbonun tələbəsi olmuşdur.
Andrea və köhnə dostu Fransiabicio birlikdə Pyatsa del Qranoda emalatxana açırlar. "İsanın vaftizi" onların birlikdə ilk əsərləri olur. Zaman keçdikcə Sartonun fərdi üslubu formalaşır və onlar ayrılıqda işləməyə başlayırlar.
1509–1514-cü illərdə Andrea, Servite monastrının portikində 1285-ci ildə ölmüş Servite müqəddəsi Filippo Benizzinin həyatını əks etdirən 3 freska yaratmışdı. O, qısa bir zamanda Benizzini cüzamlı birinə geyimini verərkən, qumarbazları lənətləyərkən və qızı şeytandan qurtararkən təsvir etmişdi. Bu əsərlərin mükəmməliyi, xüsüsilə konturlarının dəqiqliyi Andreaya "Andrea senza errori" adını qazandırır. Bundan sonra o Müqəddəs Filipponun freskasını yaradır. 1514-cü ildə Andrea özünün son iki freskasını bitirir. Bunlar "Bakirənin doğuşu" və "Ədalətin alleqoriyası"dır.
Fransaya göndərilən Pieta kompozisiyası və "Madonna" əsərindən sonra Andrea I Fransisk tərəfindən Fransaya dəvət edilir. 1518-ci ilin iyununda o, həyat yoldaşı Lukretsiya del Fedeni tərk edərək şagirdi Andrea Skvarzella ilə birlikdə Fransaya yola düşür.
Corco Vazari və Andreanın şagirdinin yazdığına görə Lukretsiya rəssamın İtaliyaya qayıtmasını tələb etmişdi. Kraldan görmədiyi işlərə görə pul aldıqdan sonra Andrea Florensiyaya qayıdır və həmin pulla özünə ev alır. Bundan sonra o Fransaya qayıtmır.
1520-ci ildən Andrea Florensiyada işləməyə başlayır. O "İnam və xeyirxahlıq", "İrodiadanın qızlarının rəqsi", "Baptistin edamı", "Ümid alleqoriyası", "Mələyin Zəkəriyyəyə görunməsi" əsərlərini yaradır.
1523-cü ildə Papa X Levin Rafael tərəfindən çəkilmiş portretlərinin surətini yaradır. Adreanın Skaltsoda son işi olan "Baptistin doğuşu"nu 1526-cı ildə tamamlayır. Növbəti ildə isə o son mühüm əsərini, Florensiya yaxınlığındakı Salvidə "Sonuncu şam yeməyi"ni tamamlayır.