Andreas Vezali

Andreas Vezali
nid. Andries van Wesel
lat. Andreas Vesalius
Andreas Vezali
Andreas Vezali
Doğum adı Andries Wytinck van Wesel
Doğum tarixi
Doğum yeri Brüssel
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Zakinf, Venesiya respublikası
Vətəndaşlığı Niderland
Milliyyəti Holland
Elm sahəsi Anatomiya
Elmi dərəcəsi Doktor
Elmi adı Professor
İş yeri Padova universiteti
Alma-mater Lyovena və Monpele universitetləri
Təhsili
Tanınır “De corpore humani fabrica”
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andreas Vezali bəzən Andrey Vezaliy (nid. Andries van Wesel, lat. Andreas Vesalius; 31 dekabr 1514[1]16 oktyabr 1564) — anatom-həkim, V Karlın və sonralar II Filippin şəxsi həkimi. Yatro kimyanın banisi əlkimyaçı-həkim, anatomiya elminin əsasını qoyan Paraselsin kiçik yaşlarında ikən müasiri, zəmanəsinin böyük humanist insanlarından biri olmuşdur.

Vezali Andris van Vezel Vitink adı ilə (yaş kağızına əsasən) 31 dekabr 1514 ci ildə Brüsseldə doğulmuşdur. Onun babası Reyn çayı sahilindəki Vezel şəhərində dünyaya gəlmişdir. Vezalinin atası tərəfindən olan ulu babası və babası saray təbibləri olmuşlar. Atası imperator Maksimilyanın sarayında əczaçılıq etmişdir[2]. 1530 cu ildə Vezali Müqəddəs Roma imperiyası Lyoven universutetində dilçilik və humanitar elmlər üzrə dərs alır. 1531 ci ildə təhsilini tibb üzrə davam etdirir. 1533 cü ildə Parisə gələrək Monpele universitetində o, Migel Servet, Jak DübuaYohan Vinter ilə birlikdə Qalenin təbabət və fəlsəfəsini öyrənir. Əsasən İtaliyada Padova, Bolonya və Piza universitetlərində professor kimi çalışmış və dərs demişdir. Meyiti yararaq insan orqanizmini öyrənən ilk anatomlardan sayılır. Sözün həqiqi mənasında Vezali müasir anatomiya elminin əsasını qoyanlardan biri və birincisidir[3]. 1536 cı ildə imperator V Çarlz Fransaya hücum edir. Müharibənin başlanması onun Parisdə bakalavr dərəcəsi almağına mane olur və məyus halda Lyoven universitetinə geri dönərək təhsilini orada bitirir[4]. Antik müəllif Qalenin təbabətdə o zaman qəbul edilmiş işləri ilə xüsusən onun insanın quruluşu haqqındakı fikirləri ilə tanış olduqdan sonra, Vezali onun 200-dən artıq səhvini düzəldərək, doqmatik anatomiyaya kökündən zərbə vurmuş olur. O, dişlərin kəsici, azı və çeynəmə təsnifatını verərək, Aristotelin kişinin 32 qadının isə 28 dişə malik olduğu mülahizəsinin səhv olduğunu göstərmişdir. O dövrdə meyitin yarılması qəti qadağan olunduğundan öz işi üçün meyitləri gizlin yolla qəbirstanlıqdan əldə edirdi. 1537 ci ildə ilk dəfə meyitin yarılmasını nümayiş etdirir[5]. Elə həmin il 860 — 925 ci illərdə yaşayıb yaratmış fars alimi təbib Məhəmməd ibn Zəkəriyə əl-Razinin əsərləri haqqında özünün ilk elmi mülahizə və düşüncələrini: “Paraphrasis ad nonum librum Rhazae” və ya “Başdan topuğadək olan xəstəliklərin müalicəsi” adlı ilk broşürünü yazır. Şimali İtaliyaya gələn Vezali 3 dekabr 1537 ci ildə Padava universitetində doktor dərəcəsi alaraq orada cərrahlıq və anatomiya üzrə professor seçilir.

1537 ci ildə Venesiyaya gələn Vezali ilk dəfə plevrit xəstəsini müalicə edir. Bu uğurdan sonra Venesiya senatı onunla şəhər hospitalında işləmək üçün beş illik cərrahlıq üzrə professorluq müqaviləsi bağlayır.

Vezalinin aponentləri onun Qalenin işlərinə kölgə saldığına görə Padova universitetindən kənarlaşdırmağa nail olurlar. Vezalinin müəllimi olmuş Yakob Silviy onu “Vezanus” — ağılsız adlandırırdı. Yakob Silviy “Hipokrat və Qalenin anatomik işlərini ağılsızın təhriflərdən qorumaq” platforması ilə ona qarşı çıxır[6]. Əsərə mənfi rəy verməsinə və onu Qalendən üzr istəməyə çağırmasına qarşı Vezalinin Yakob Silviyaya yazmış olduğu qətiyyətli məkubu arxivdə saxlanılmaqdadır.

“Mən sözümdən dönən deyiləm. Mən yalan danışmağı öyrənməmişəm. Heç kim yaxşılığa görə artıq məni Qalen qədər qiymətləndirmir, səhv edib mən də düzəltmişəm. Mən Silviya ilə meyit yanında görüşməyi təkid edirəm, onda o görər ki, həqiqət kimin tərəfindədir”[7].

Sonra o, İspaniya kralının sarayında cərrahlıq edir. Qüdsə etdiyi zəvvar səfərindən dönərkən gəminin Zakinf adası yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuşdur.

Belə təxmin edilir ki, meyid adı ilə letargiya vəziyyətində olan xəstəni yararkan öldürdüyünə görə Vezali ispan inkvizisiyası tərəfindən ölümə məhkum edilmişdir. II Filippin işə qarışması nəticəsində onun cəzası zəvvar səyahəti ilə əvəz edilmişdir. Müasir tarixçilər bu tarixçənin uydurma olduğunu deyirlər.

1539 — 1540 cı illərdə Vezali Bolonyada Şolar universitetində meyitin yarılaraq təftişini təşkil edir. İlk mühazirəni isə San Salvador kilsəsində edir. Bundan sonra San Fransisko kilsəsinin dəstəyi ilə ilk meyid təftişlərini geniş auditoriyaya təqdim etmək məqsədilə anatomiya səhnələri təşkil edir. Mühazirələrdə iştirak etmiş leginçalı alman tələbə Baltazar Heseler (1508/9–1567) yazırdı ki, Vezali 200 nəfər dinləyici qarşısında yarılmış meyitin 150 saatlıq təftişini təşkil etmişdir.

“İnsan çanağını yarmaq məqsədilə kəndiri meyitin çənəsinə bərkidib və almacıq dəliklərindən keçırdərək ilgəyə götürməklə çarxlı lingdən otağın ortasından asıram ki, meyiti qaldırıb endirmək və istənilən tərəfə çevirmək mənə asand olsun. Bu zaman ilgəyi meyitin boğazına keçirtməkdən çəkinmək lazımdır ki, ənsəyə bitişik əzələlərin lifləri didilib kəsilməsin. ...”

— Andreas Vezali, İnsan orqanizminin quruluşu haqqında[ing.]

Vezali hesa edirdi ki, anatomiyanı öyrənmək üçün düzgün yol cahil bərbələrin mülahizələrinə qulaq asmaqdan deyil, meyit üzərində praktik müayinələr, təftişlər aparmaqdan keçir. Bu məqsədlə o, latınca olan sevimli ifadəsini işlədirdi.

“Öz əllərinizlə toxunun və əmin olun”

“İnsan orqanizminin quruluşu haqqında yeddi kitab”

[redaktə | mənbəni redaktə et]

Vezali 1538—1543 cü illərdə üzərində işlədiyi “De corpore humani fabrica libri septem” (“İnsan orqanizminin quruluşu haqqında yeddi kitab”) əsərini nəhayət 1543 cü ildə Bazeldə Yohann Herbstin tipoqrafiyasında çap etdirir. Bu əsərdə o, anatomiya elminin naliyyətlərini sistemləşdirmişdir. Əsər yeddi cilddən (kitabdan) ibarətdir[10].

“De corpore humani fabrica” — V Karla təqdimat üçün kitabın əllə rənglənmiş ilk nüsxəsi.
  • I kitab: Sümüklər bəhsi
  • II kitab: Əzələlər, vətərlər və bağlar bəhsi
  • III kitab: Vena və arteriyalar bəhsi
  • IV kitab: Sinirlər bəhsi
  • V kitab: Həzn və tənasül orqanları bəhsi
  • VI kitab: Ürək və ağciyərlər bəhsi
  • VII kitab: Beyin və duyğu orqanları bəhsi


Əsərə Vezlinin kitablarının əsas illüstratoru, Tisian Veçellionun tələbəsi olmuş, rəssam Yan Stefan van Kalkarın çəkmiş olduğu 300[11] rəsm daxil edilmişdir. Kitabın giriş hissəsində Qalenin mülahizələrinin əsassız olduğunu, anatomik təsəvvürlərinin heyvan cəmdəkləri üzərindəki təftişlərə istinad edildiyini və insan üçün heç də qəbul edilməz olduğunu yazır[5] İlk anatomiya kitabı hesab olunan bu əsər əsasən Vezakinin Padava universitetində oxuduğu mühazirələr əsasında yazılmışdır. Vezali öz mühazirələrini əyani olaraq meyid uzərində illüstrativ şəkildə əsaslandırırdı. Kitabda insan bədəninin quruluşu ilə yanaşı orqanlar da tədqiq olunurdu. Kitabda Qalenin kobud səhvlərini düzəltməyə çalışan Vezali göstərirdi ki, qan dövranının mərkəzi Qalenin dediyi kimi qaraciyər deyil məhz ürəkdir. Lakin Vezali də səhvən bu kitabda Qalen kimi arterial və venoz sistemdə olan qanı ayrı-ayrı mayelər olduğunu hesab edirdi. Bu səhv sonralar 1628 ci ildə Uilyam Harvey tərəfindən “venoz qapaqcıqları” əsərində izah edilərək düzəldilmişdir. Vezali ilk olaraq düzgün qaydada piylik haqqında məlumat verərək onun mədə, dalaq, yoğun bağırsaqla əlaqəsini və mədə çıxacağının quruluşunu təsvir etmişdir. Bundan başqa Vezali kor bağırsaq və soxulcanabənzər çıxıntı haqqında, divararalığı üzvləri haqqında düzgün qeydlər etmişdir. Vezali ürək sistolası ilə arteriyalar üzərindəki nəbzin sinxronluq təşkil etdiyini öz əsərində göstərmişdir.

Kitabın ikinci nəşri 1555 ci ildə işıq üzü görür. Braun univeritetində kitabın insan dərisinə cildlənmiş bir nüsxəsi saxlanılmaqdadır. Kitabın üzü qızıla çalan açıq qəhvəyi rəngdə dir. İnsan dərisinin uzlük kimi istifadə olunmsı XIX əsrlərə qədər mövcud olmuşdur. Bu məqsədlə material edam edilmiş insanların cəsədindən əldə edilirdi[12]. Kitabda üskükotu haqqındakı məlumat indiyə qədər aktuallığını itirməmişdir. Üskükotundan alınan qlikozidlər ürək çatışmazlığında hələ də istifadə olunmaqdadır.

  • Vezali əvvəllər sinir və vətərlər haqqındakı mülahizələri inkar edərək: “Vətərlər bağlara uyğundur, sinirlərə yox, beləki, sinirlər nə əzələlərdə nə də bağlarda yoxa çıxmır”[6].
  • Vezali Qalendən fərqli olaraq etiraf edirdi ki, ürək kameraları arasındakı çəpərdə heç bir dəlik yoxdur, amma anlaya bilmirdi ki, qan hansı yolla sağ mədəcikdən sol mədəciyə daxil ola bilər: “Ürəyin bu hissəsinin funksiyası haqqında çox tərəddüd edəirəm”[6].
  • Vezali heyvanlar üzərində eksperiment apararkən icra etdiyi traxeostomiya və ağciyərlərin süni tənəffüsü haqda yazırdı: “Heyvanı həyata qaytarmaq məqsədilə nəfəs borusunda dəlik açmaqla içərisinə qamışdan hazırlanmış boru daxil etməklə onu üfürmək lazımdır ki, ağciyərlər hava ilə dolmuş olsun. Məhz üfürməklə... ürək yenidən qüvvə əldə etmiş olur”[13].
  • Vezali Hamar mərəvcə otundan sifilisin müalicəsində istifadə etmişdir.
  • Vezali irinin xaric edilməsi üçün cərrahi müdaxilənin vacibliyini göstərmişdir.

lat. Tabulae anatomica

[redaktə | mənbəni redaktə et]

Vezali özünün “İnsan orqanizminin quruluşu haqqında yeddi kitab”ından başqa məşhur altı anatomik tablo — lat. Tabulae anatomica tərtib etmişdir. Bura müxtəlif üç vəziyyətdə sklet şəkli və üç daxili üzvlərin və damarların şəkilləri daxildir. Dünyada birinci dəfə insan skeletinin (başı kəsilərək edam edilmiş bir qatilin skeletini) 1548 ci ildə Vezali hazırlamışdır.

Qalendən başqa birinci anatomik əsəri XIV əsrin əvvəllərində Baloniya universiteti professoru Mondino de Lyutsi lat. Mandino di Liucci yazmışdır; o, yalnız iki insan meyiti yarmışdır. O, günah etməkdən qorxaraq kəllə sümüklərini müayinə edə bilməmişdir. Yalnız Vezali o vaxta qədər toplanmış bütün məlumatı, Qalendən qalmış irsi təftiş edərək yeni anatomiya tərtib etmiş və sistemə salmışdır.

  1. RKDartists (nid.).
  2. Norwich I., Andreas Vesalius. A bio-bibliographic study. S. Afr. Med. J. 41 (1967), pp. 431-440.
  3. Andreas Vesalius Bruxellensis / von M. Roth. Berlin : Reimer, 1892  (alm.)
  4. Simeone F. A., Andreas Vesalius: anatomist, surgeon, Count Palatine, and Pilgrim. Am. J. Surg. 147 (1984), pp. 432-440.
  5. 1 2 Charles Donald O’Malley: Andreas Vesalius of Brussels, 1514–1564. University of California Press, Berkeley CA u. a. 1964.
  6. "Андреас Везалий  (rus.)". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  7. Andreas Vesalius, İnsan bədəninin quruluşu haqqında[ing.] (1544) Book II Ch. 24, 268. Trans. William Frank Rich son, On the Fabric of the Human Body (1999) Book II, 234. As quoted by W.F. Bynum & Roy Porter (2005), Oxford Dictionary of Scientific Quotations Andreas Vesalius, 595:2 ISBN 0-19-858409-1
  8. Lasky I. I., The martyrdom of doctor Andreas Vesalius. Clin. Orthop. 259 (1990), pp. 304-311.
  9. "Der Aufbau der "Fabrica"  (alm.)". 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
  10. Menzoian J. O., Lest we forget: the contributions of Andreas Vesalius and Ambroise Pare to my surgical practice. Am. J. Surg. 178 (1999), pp. 85-91.
  11. Johnson, M.L. "Libraries own books bound in human skin". The Barre Montpelier Times Argus. The Associated Press. 2006-01-08. 2006-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  12. "Андреас Везалий". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Əsərləri