AneCan | |
---|---|
Növ | dəb |
Dövrilik | aylıq |
Tiraj | 624.668 (2014)[1] |
Nəşriyyat | Shogakukan |
Təsis tarixi | 2007 |
İlk buraxılışı | 7 mart 2007 |
Ölkə | Yaponiya |
Qərargah | Tokio |
Dil | yapon |
anecan.tv |
AneCan (姉キャン, Anekyan?) – Shogakukan nəşriyyatı tərəfindən 2007-2016-cı illərdə nəşr olunmuş Yaponiya dəb jurnalı. "Ane" (姉) yapon dilində "böyük bacı" deməkdir, "Can" hissəciyi isə bacı jurnal olan "CanCam" jurnalının adından gəlir. Jurnal 20 yaşlarının ortalarında və ya sonlarında olan qadınlar üçün nəzərdə tutulub və "CanCam" jurnalını oxumaqdan "məzun olanlar" üçün yaradılıb.
"AneCan" jurnalı "CanCam" jurnalını oxuyan daha yaşlı kütlə üçün 2007-ci ilin martında yaradılıb. Jurnalın adı "ane" (böyük bacı) sözü və bacı jurnalın adından yaranmışdır.[2]
Jurnalın nəşrinə "Isetan" alış-veriş mərkəzi və bir neçə geyim şirkəti dəstək vermiş və yeni brendlər yaratmışdılar. 14 mart 2007-ci ildə "Senken Shimbun" "AneCan" brendinin 4 gün ərzində 30 milyon yen gəlir gətirdiyini bildirmişdir.[3]
10 avqust 2016-cı ildə jurnalın 2016-cı ilin dekabrından etibarən nəşr olunmayacağı açıqlanmışdır.[4][5]