Anhesenamon | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 1348 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 1322 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | queen[d] |
Atası | Exnaton |
Anası | Nefertiti |
Həyat yoldaşı | |
Ailəsi | On səkkizincı sülalə |
Vikianbarda əlaqəli mediafayllar |
Anhesenamon (q.misir ˁnḫ-s-n-imn adnın mənası "O, Amon üçün yaşayır"[2] həmçinin Anhesenpaamun[3], Ankhesenpaaton, Ankhesenpaamon, Ankhesenaton kimi də tanınır; e.ə. 1348, Teben – e.ə. 1322, Memfis, əl-Cizə mühafəzəsi[d]) — XVIII sülalənin Misir kraliçası, Tutanhamonun əsas arvadı, fironun Exnatonun və Nefertititnin və üçüncü qızıdır.
Anhesepaaton Heroqliflərdə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Anhesenaton, firon Exnatonun və onun əsas həyat yoldaşı olan Nefertitinin bilinən altı qızından üçüncüsü idi. Onun doğma bacıları: Meritaton, Maketaton, Nefernefruaton-tasherit, Nefernefrura, Setepenra.[4]
Şahzadə Exnatonun hakimiyyətinin 6-cı ilində (7 və ya 8-ci ilində) anadan oldu və Anhesenpaaton ("Aton sayəsində yaşayır") adını aldı. Onun həyatının ilk illəri haqqında az şey məlumdur.[3] Doğma bacılarla müqayisədə yalnız onun süd anası (q.misir menat) Ankhesenpaaton sağ qaldı — adı Tia idi.[5][6]
Dini islahatları aparan Exnaton paytaxtı Ahetatona keçirdi (müasir Tel-el-Amarna). Şahzadənin uşaqlıq illəri məhz burada keçdi. Ehtimal edilir ki, o, anası Nefertitiyə aid olan ya Şimali ya da Əsas sarayda yaşayırdı.
Exnatonun yeni paytaxtının inşasının başa çatmasından əvvəl anadan olan Anhesenpaatonun təsviri Amarnada olan bir çox relyeflərdə görünür və şahzadə üçün ənənəvi titul daşıyır:[7]
Fironun qızı, fironun sevgilisi və əsas arvadı Nefer- Neferu -Aton -Nefertiti tərəfindən doğuımuş sevimlisi Anhesenpaaton, əbədi yaşa.(q.misir nsw-sn.t h.t-f mr.t-f ˁnḫ-s-n-itn-rˁ ms-n nsw-tḫm.t-wr.t mr.t-f nfr-nfr.w-itn-nfr.t-jty ˁnḫ-ti ḏt-nḫḫ) |
|
Exnatonun hakimiyyətinin son illərinə aid olan abidələrdə, Şahzadə Anhesenaton, qucağında balaca qız Anhesenaton-taşerit ilə həkk olunub. Yazılar bu fironun uşağı olduğunu deyir. Bu fakt, Nefertitidən boşandıqdan və ikinci arvadı Kiyinin və qızı Maketatonun ölümündən sonra Exnaton, varis dünyaya gətirmək ümidi ilə gənc Anhesenpaaton ilə evləndiyinə dair nəzəriyyə qurmağa səbəb oldu. Daha sonra bu nəzəriyyə şahzadənin o dövrdə cəmi 6–8 yaşında olduğunu göstərən abidələrin daha dəqiq bir şəkildə təhlili nəticəsində təkzib edildi. Abidələrdə dəyişiklik izləri də tapılmışdır.[8] Exnatonun digər arvadı olan Kiyanın və onun qıznın adları, sağ olan Meritaton və Anhesenaton adları ilə əvəz edilib.[5]
Anhesenamon (ˁnḫ-s-n-imn) Heroqliflərdə | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Exnatonun ölmündən sonra hakimiyyət Smenhkaraya keçdi. Smenkharanın qəfil ölmündən sonra isə hakimiyyət taxta çıxan sevgilisi Vaenra Nefernefruaton adını almış bir kraliçanən əlində çəmləşdi. Bu Nefertiti və ya Meritaton (Smenhkanın dul arvadı)[9] və ya Nefernefruaton-taşerit belə ola bilər.[10]
Ailənin üçünçü qızı olan Anhesenpaatonun kraliça olmaq şansı az idi, lakin anası Nefertitinin ölümü və ya tarixidən qəfil itməsi, öqey anası Kiyanın və böyük bacılarının ölümü ilə əlaqədər, Tutanhamonun heyat oldaşna namizətlikdə yeqənə məntiqli seçim oldu.[6] Tutanhamonun valideynləri haqqında məlumatların olmaması səbəbindən cütlüyün hansı qohum münasibətlərində olduqlarnı demək çətintdir.[11] Bu cütlüyün, KV62 məzarında tapılmış iki ölü doğulmuş qızları olub.[12]
Gənc fironun hökmranlığının ikinci ilində kral cütlüyü, Amonun canlandırdığı kultun izzətinə keçmiş və köhnə adlarını dəyişdirdilər. Anhesenaton ("O, Aton üçün yaşayır") Anhesenamona ("O, Amon üçün yaşayır") deyişildi. Tutanhamon, özünü firon III Amenhotepin (babasının) birbaşa varisi adlandıraraq öz hakimiyyətini qanuniləşdirdi və Exnatonu mürtəd elan etdi.[11]
Exnatonun hakimiyyətinin son illərində yoxa çıxan və Smenhkaranın hakimiyyət illərinə aid olun sənədklərdə adı hallanmayan vəzir (çati) Eye, sənədlərdə, hakimiyyətdə olan gənc cütlüyün mentoru olaraq yenidən ortaya çıxır.
Ərinin hakimiyyəti dövründə Anhesenamonun abidələr üzərində olan çoxsaylı təsvirləri, məzarından olan ictimai abidələr və əşyalar onun yüksək təsirə malik olduğnu göstərir.Abidələrin bir çoxu sonrakı fironlar tərəfindən qəsb edildi.[6] Anhesenamon adı ilə olan bəzi kitabələr sonradan Horemhebin arvadı olan Mutnejmet adı ilə əvəz edildi.[12]
Tutanhamonun təxminən 19 yaşında vəfat etməsindən sonra Anhesenamonun həyatındakı hadisələrin xronoloji sıralamaq məlumatların olmaması səbəbindən münkün deyil. Hetit mənbələrində Anhesenamonu, Dahamuntsu (q.misir t3-ḥm.t-nsw) - "kralın arvadı") kimi tanınan adsız Misir kraliçası ilə eyniləşdirilə biləcəyinə dair bir fərziyyə var.[13] Qeyri-bərabər bir evliliyə girəcəyindən qorxaraq, yazın sonunda Dahamunts, Hit hökmdarı I Suppiluliuma oğlunu ona ər kimi yanına göndərməsini istədi:[14]
… Ərim öldü, amma mənim övladım yoxdur. Sən demə, sənin çoxlu oğulların var. Əgər mənə bir oğlunu versən, o mənim ərim olacaq. |
I Suppiluliuma bu xahişə tərcübləndi və bu məktubun səmimiliyini dəqiqləşdirmək üçün öz elçisi Hattusatsitini Misirə göndərdi.[15]
Niyə belə deyirsiniz: "Məgər məni aldatmırlar?" Bir oğlum olsaydı, ölkəmin alçaldılması barədə öz ölkəmin təhqirləri barədə yazardım? Sən də mənə inanmadın, hətta mənə belə sözlər dedin! Ərim öldü. Oğlum yoxdur. Heç vaxt mənə tabə olan birini ərim etmərəm! Heç bir başqa ölkəyə yazmamışam, ancaq sənə yazmışam! Sən demə, sənin çoxlu oğulların var. Bir oğlunu mənə ver, o da mənim ərim olacaq və Misirdə Kral olacaq! |
Misirdən təsdiq aldıqna baxmayaraq,I Suppiluliuma Misirlilərin müharibədə yıxılan ərazilərə görə qisas almaqlarından qorxurdu və uzun müddət düşündükdən sonra qərar verdi. O, oğullarından birini, daha dəqiq desık Zannanzunu Misirə göndərdi.Bu qərarı qəbul etməklə I Suppiluliuma dövlətlər arasında dostluq münasibətlərini bərpa edəcəyni ümid edirdi.Eyni zamanda, Het hökmdarı belə bir evlilik sayəsində nüfuzunu genişləndirməyi də düşünürdü.[15] Lakin tezliklə Zannanzununun ölümü ilə bağlı kövrəldiçi xəbərlər Suppilium I məhkəməsinə gəldi. I Suppiluliuma bü xəbəri eşidərkın çox əsəbləşdi və Misirliləri oğlunun öldürülməsində günahlandırdı. Xəyanətkarlıqla yazır ki, "Şahin balaca cücəni öldürdü." Bu ifadədə bir sıra elm adamları Horemhebin günahlandırılmasına birbaşa istinad edildiyni deyirlər, çünki onun adnın hərfi tərcüməsi "Şahin tanrısı Horus" kimi səslənir.[16] Arxeologlar tərəfindən Firon Eye və Kraliça Anhesenamon adları olan bir üzük tapılmışdı. Bəlkə Eye Anhesenamon ilə evləndi və bununla da taxt iddiasını qanuniləşdirdi. Eyenin hakimiyyəti dövründə həyat yoldaşı kimi Teinin adı çekilir və Anhesenamon tarixi mənbələrdən yox olur.[17]
Anhesenamonun mumiyası təstiqlənməyib.[18] 2010-cu ilin fevral ayında aparılan KV21 türbəsindən iki qadın mumiyanın DNT analizi onların Misir fironlarının XVIII sülaləsinə mənsub olduqlarını təsdiqlədi. Onlardan biri Anhesenamona aid ola bilməsinə dair fərziyələr ortaya çıxdı.[19]
2005-ci ildə açılan KV63 məzarı Tutanhamonun (KV62) türbəsinə yaxın yerləşdiyindən, Anhesenamon üçün tikildiyi fərz edilir.[20] İçəridə oyma qadın silueti, geyimləri, zinət əşyaları olan sarkofag tapılıb. Sarkofagın üzərində kraliçanın ilkin adı Anhesenpaaten qeyd edilib. Mumiya içərisində yoxdu.[21][22][23]