Anita Görbits

Anita Görbits
Ümumi məlumatlar
Doğum tarixi Görbits 2011-ci ildə
Doğum yeri
Vətəndaşlığı Macarıstan
Boyu 1, 73 m. m
Çəkisi 58 kq[1]
Mövqeyi Sol vinger
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anita Görbits (mac. Anita Görbicz; 13 may 1983, Vesprem) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu.[2][3]

Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi.[4][5] O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır.

beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır.[6][7][8]

O, Dyör şəhərinin fəxri vətəndaşıdır.[9]

Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi.[10] "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.

"ETO" klubu ilə Çempionlar Liqasının final mərhələsinə ilk dəfə 2009-cu ildə yüksəldi. Final oyundan bir neçə gün əvvəl aldığı diz zədəsi səbəbindən onu buraxmalı oldu və sonda komandası Danimarka çempionu "Viborq" klubuna məğlub oldu. Buna baxmayaraq, turnirin ən çox qol vuranlar siyahısında ikinci yeri tutdu.[11]

Anita 2018-ci ilin yanvarında Macarıstan çempionatı oyununda karyerasını 2000-ci qolunu vurdu.[12][13]

O, AHF Çempionlar Liqası kubokunu beşqat qalibidir.

Görbits 2003 Dünya çempionatında oynamışdır, həmin mövsüm Macarıstan finalda Fransa yığmasına uduzmuşdur. 2004 Avropa çempionatının gümüş medalını qazandı. Rusiyada keçirilən 2005 Avropa çempionatında komandası ilə 3-cü yeri qazandı.

Anita Görbits 2003, 2005 və 2007-ci illərdə 3 dəfə Dünya kubokunun "Bütün ulduzlar" yığma komandasının üzvü olmuşdur..[14] 2005 (üçüncü yer) və 2007 (ikinci yer) turnirlərində ən çox qol vuran oyunçular arasında idi.

2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında və 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Macarıstan komandasının üzvü olub.[15] 2004-cü ildə Macarıstan komandası dörddəbir finalda Fransa komandasına məğlub oldu və yerləri təyin edən oyunlarda Braziliya və İspaniyaya qalib gələrək beşinci yeri tutdu.[15][16] 2008 Olimpiya Oyunlarında Macarıstan dörddəbir finalda Rumıniyanı məğlub edərək yarımfinala vəsiqə qazandıqdan sonra öncə yarımfinalda Rusiyaya, daha sonra bürünc medal uğrunda oyunda Cənubi Koreyaya məğlub olduqdan sonra dördüncü oldu.[15][17] 2008 Olimpiadasında 49 qol müəllifi oldu[15] və yalnız Rumıniya oyunçusu Ramon Farkaudan geridə qaldı.

Anita 10 dekabr 2017-ci il tarixində Macarıstanın 2017 Dünya Qadın Həndbol Çempionatının dörddəbir finalına çıxa bilməməsindən sonra milli komanda karyerasını bitirdiyini açıqladı.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Onun ilk həyat yoldaşının adı Andraş Presinq idi. 2006-cı ildə ailə qurdular və 17 ay sonra boşandılar.[18] Anita keçmiş futbolçu Otto Vinçe ilə evlidir.[19] 2015-ci ilin iyun ayında cütlüyün Boldişar adlı oğlu dünyaya gəldi.[20]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Macarıstan çempionatı:
    • Qalib (13): 2005, 2006, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017, 2018, 2019
    • Gümüş medalçısı: 2000, 2004, 2007, 2015
    • Bürünc medalçısı: 1999, 2001, 2002, 2003
  • Macarıstan kuboku:
    • Qalib (14): 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019
    • Finalçı: 2000, 2002, 2004, 2017
  • 2011-ci ildə Görbits
    Avropa Həndbol Federasiyası (AHF) Çempionlar Liqası:
    • Qalib (5): 2013, 2014, 2017, 2018 , 2019
    • Finalçı: 2009, 2012, 2016
    • Yarımfinalçı: 2007, 2008, 2010, 2011
  • AHF Kuboklar Qalibləri Kuboku:
    • Finalçı: 2006
    • Yarımfinalçı: 2003
  • AHF Kuboku:
    • Finalçı: 2002, 2004, 2005
  • Gənclər arasında Dünya çempionatı:
    • Bürünc medalçısı: 2001
  • Dünya çempionatı:
    • Gümüş medalçısı: 2003
    • Bürünc medalçısı: 2005
  • Avropa çempionatı:
    • Gümüş medalçısı: 2004, 2012

Şəxsi mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Beynəlxalq Həndbol Federasiyası (BHF) İlin Dünya Oyunçusu: 2005
  • İlin Macarıstan həndbolçusu: 2005, 2006, 2007, 2013, 2014, 2017
  • Macarıstan çempionatının ən çox qol vuran oyunçusu: 2008
  • Dünya çempionatının "Bütün ulduzlar" komandasının oyun qurucusu: 2003, 2005, 2007, 2013
  • "Prima" mükafatı: 2009
  • Avropa Həndbol Federasiyası (AHF) Çempionlar Liqasının ən çox qol vuran oyunçusu: 2012,[21][22] 2014
  • Karpat kubokunun ən çox qol vuran oyunçusu: 2012,[23] 2016
  • AHF Çempionlar Liqasının "Bütün ulduzlar" komandasının üzvü: 2014
  • AHF ayın ən yaxşı qadın oyunçusu: may 2017, iyun 2017, aprel 2018
  1. http://www.ihf.info/files/CompetitionData/b7fe36bb-2a18-4340-a6e0-6b148a154448/pdf/HUN.pdf.
  2. "EHF profile". EHF. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 July 2009.
  3. 1 2 MTI. "Női kézi-vb: Görbicz Anitának ez volt az utolsó világversenye - NSO". NemzetiSport.hu. 10 December 2017. 13 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2017.
  4. "Previous World Handball Players". BHF. 21 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 March 2011.
  5. Női kézi: Görbicz belőtte 1000. gólját, simán nyertünk – NSO Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine. Nemzetisport.hu. Retrieved on 1 June 2016.
  6. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  7. "Arxivlənmiş surət". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  8. "Arxivlənmiş surət". 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  9. "Arxivlənmiş surət". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  10. Balogh, Ildikó. "We won't give up". handball.hu. EHF. 7 may 2009. 10 may 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2009.
  11. "EHF Champions League 2008/09 – Scorers". EHF. 5 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2009.
  12. "Arxivlənmiş surət". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  13. "Arxivlənmiş surət". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  14. "Görbicz at All Star csapatban!". Handball.hu (macar). 16 December 2007. 18 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2007.
  15. 1 2 3 4 "Anita Görbicz". Sports Reference LLC. 18 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 July 2009.
  16. "Hungary Handball at the 2004 Athina Summer Games". Sports Reference LLC. 17 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 July 2009.
  17. "Hungary Handball at the 2008 Beijing Summer Games". Sports Reference LLC. 21 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 July 2009.
  18. "Magánélete". Görbe (macar). 2013-11-28. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  19. Videó: Vincze Ottó a pálya közepén jegyezte el Görbicz Anitát – NSO Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. Nemzetisport.hu. Retrieved on 1 June 2016.
  20. Friss: megszületett Görbicz Anita és Vincze Ottó gyermeke | BorsOnline – Sztárhírek – Pletyka – Krimi – Politika – Sport Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine. Borsonline.hu. Retrieved on 1 June 2016.
  21. "EHF Women's Champions League 2011/12 – Top 50 scorers". European Handball Federation. 5 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2012.
  22. "Buducnost win EHF Women's Champions League 2011/12". European Handball Federation. 13 May 2012. 16 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 May 2012.
  23. ""Tricolorele" au triumfat la Trofeul Carpaţi" (rumın). Arena Vâlceană. 9 oktyabr 2012. 13 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]