Ankara döyüşü

Ankara döyüşü
Teymurləngin İldırım Bəyazidlə müharibəsi
Ankara döyüşü, moğol təsviri.
Tarix 20 iyul 1402
Yeri Ankara yaxınlığında Çubuq düzü
Səbəbi Əmir Teymurun Asiya yürüşünə başlamadan öncə arxasında güclü qüvvənin saxlamaması üçün
Nəticəsi Teymurilərin qələbəsi
Münaqişə tərəfləri

Teymurilər dövləti
Şirvanşahlar

Osmanlı imperiyası
Moraviya Serbiyası
Serbiya despotluğu

Komandan(lar)

Əmir Teymur
Şahrux Mirzə
Xəlil Sultan
Miranşah
Əbubəkr
Sultan Hüseyn Tayiçiud
Məhəmməd Sultan Mirzə
Pir Məhəmməd
I İbrahim

İldırım Bəyazid əsir
Çandarlı Əli Paşa
Süleyman Çələbi
Mehmed Çələbi
Stefan Lazareviç
Corc Brankoviç

Tərəflərin qüvvəsi

140 000

85 000

İtkilər

mübahisəli

mübahisəli

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur.[1]

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı. 1402-ci ilin yazında Teymur Ankaradan şərqdə yerləşən Sivas şəhəri daxil olmaqla bir neçə şəhəri zəbt etdi. Paytaxtı müdafiə edərək Bəyazid Sivasdan 150 km aralı olan və Teymurun atlılardan istifadə imkanını daraldan, dağlıq-meşəlik yerdə mövqe tutdu. Osmanlı ordusunun Misirlə əlaqəsini kəsmək və onu düzənliyə cəlb etmək üçün, Teymur Qeysəriyyəyə tərəf getdi, cənubdan Ankaraya çıxdı və onu mühasirəyə aldı. Bəyazid öz mövqelərindən çəkilib paytaxta tərəf tələsdi. Onda Teymurun qoşunları Ankaranın mühasirəsini qaldırıb, kiçik keçid edərək düşərgə saldılar və möhkəmləndilər. Tez yürüşdən yorulmuş osmanlılar, əsas qüvvələrini mərkəzdə cəmləşdirərək döyüşə girdilər. Özbəklərin isə əksinə güclü cinahları və böyük ehtiyat qüvvələri var idi. Döyüşü Teymurun yüngül süvariləri başladı. Teymur ağır atlıların ardıcıl hucumlarıla osmanlıların sol cinahında durmuş serblərin cərgələrini pozdu və onları yandan aldı. Osmanlıların sağ cinahında durmuş 18 minlik tatar ordusunun və həmin cinahda duran 18 min Anadolu türkmən bəylərinin xəyanəti və Teymurun tərəfinə keçməsi döyüşün taleyini həlletdi. Osmanlıların özbəklər tərəfindən Ankara yaxınlığında darmadağın edilməsi onların Avropaya təzyiqini zəiflətdi və Konstontinopolun alınmasını yarım əsr gecikdirdi.[2]

  1. SAVAŞI ÖNCESİ TİMUR İLE YILDIRIM BAYEZİD’İN MEKTUPLAŞMALARI Abdurrahman DAŞ* [ölü keçid]
  2. Советская военная энциклопедия Москва — 1976 Т. 1 стр. 190