Ann Rober Jak Türqo | |
---|---|
fr. Anne Robert Jacques Turgot | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1727[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1781[1][3][…] (54 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi, tərcüməçi, ensiklopediyaçı[d], yazıçı, filosof |
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadiyyat |
Vikianbarda əlaqəli mediafayllar |
Ann Rober Jak Türqo (ing. Anne Robert Jacques Turgot; 10 may 1727[1][2][…], Paris – 18 mart 1781[1][3][…], Paris) — Fransız iqtisadçısı, filosofu, fiziokrat və dövlət xadimi.
Jak Tyürqo tarixə iqtisadi liberalizmin yaradıcılarından biri kimi düşmüşdür.[4] Ailənin üçüncü oğlan övladı olan və anasından qorxan Tyürqo erkən yaşlarında sakit, utancaq, dini ruhda böyüdülən, yad adamların evə gəlişi zamanı divan və ya stul altında gizlənən oğlan olmuşdur. Ailə ənənəsinə görə dini təhsil alan, lakin iqtisadiyyatla maraqlanan Tyürqo yaşa dolduqca "həyatı boyunca üzünə maska geyinmək" istəməmiş və atasından onu keşiş olmaq vəzifəsindən azad etməyi istəmişdi.[5] Sonralar o, dövlət xadimi kimi fəaliyyət göstərmiş, XVI Lüdovikin dövründə əvvəlcə dəniz qüvvələri naziri, sonra maliyyə naziri vəzifəsində çalışmışdır. O, müntəzəm poçt və nəqliyyat sisteminin yaradılmasında, vergi islahatlarının həyata keçirilməsində böyük işlər görmüşdür.
1755-ci ildə fiziokrat məktəbinin rəhbəri Fransua Kene ilə tanış olmuşdur.
Bioqraflara görə Tyürqo xaraktercə sadə, idealist, şərəfli, ədalət və həqiqətpərəst olmuşdur.