Anna Hakobyan

Anna Hakobyan
erm. Աննա Վաչիկի Հակոբյան
Doğum tarixi 1 fevral 1978(1978-02-01) (46 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşağı 4
Təhsili
Fəaliyyəti jurnalist
İmza
annahakobyan.am
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Vaçiki Hakobyan (erm. Աննա Վաչիկի Հակոբյան; 1 fevral 1978, İrəvan) — Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı. Armenian Times qəzetinin baş redaktorudur. Qeyri-rəsmi olaraq, Akopyan "Ermənistan Respublikasının Birinci Xanımı" olaraq qəbul edilir və bu mövqe Ermənistan Respublikası Prezidentlərinin həyat yoldaşlarına məxsusdur.

Təhsili və karyerası

[redaktə | vikimətni redaktə et]

Anna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb.[1] Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur.[2]

Ermənistan İnqilabı

[redaktə | vikimətni redaktə et]

Hakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı.[3]

Baş Nazirin xanımı

[redaktə | vikimətni redaktə et]

Hakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu. 2018-ci ilin avqustunda Woman's World adlı Amerikan jurnalı tərəfindən keçirilən bir sorğu Hakopyanın 2018-ci ilin ən gözəl First Lady-si olaraq tanındığını göstərdi.[4]

  1. "Nikol Pashinyan Interview". mediamax.am. January 15, 2012. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2019.
  2. "Arxivlənmiş surət". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  3. "Arxivlənmiş surət". 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  4. "Arxivlənmiş surət". 2021-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.