Anna Karina | |
---|---|
fr. Anna Karina | |
Doğum adı | Hanna Karin Blarke Bayer |
Doğum tarixi | 22 sentyabr 1940[1][2][…] |
Vəfat tarixi | 14 dekabr 2019[3][4][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[6] |
Dəfn yeri | |
Vətəndaşlığı | Fransa |
Həyat yoldaşı |
Jan-Lük Qodar (1961-1965) Pyer Fabr (1968-1974)[5] Daniel Düval (1978-1981) Dennis Berri (1982-1994) |
Fəaliyyəti |
aktrisa kinorejissor |
Fəaliyyət illəri | 1959–2019 |
Boyu | 170 sm |
Mükafatları | "Gümüş Ayı" (1961) |
IMDb | ID0439344 |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq[8], Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor.
Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir.
Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu.
1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir. 1961-ci ildə aktrisa onun "Qadın elə qadındır" filmində çəkilir[9].
3 mart 1961-ci ildə o Qodarla ailə həyatı qurur və bu nikah 1967-ci ilə qədər davam edir. Eyni zamanda o, Lukino Viskonti, Rayner Fassbinder, Marta Mesaroş kimi rejissorların da filmlərində çəkilmişdir. 1973-cü ildə rejissor kimi "Birgə yaşamaq" filmini çəkir. Lakin bu film tamaşaçılar arasında uğur qazanmır.
Qodarla boşanandan sonra Anna Karina həm də teatr aktrisası kimi şöhrət qazanır. O Deni Didronun "Rahibə" əsərinin tamaşasında baş rolu ifa edirdi. Sonralar Jak Rivettin eyniadlı filmində (ikinci adı "Süzanna Simonen, Deni Didronun rahibəsi") çəkilir.
Anna Karina "Birgə yaşamaq" (1973), "Qızıl şəhər" (1983), "Günəşi almırıq" (1988) və "İşin sonuna qədər" (1998) adlı 4 romanın müəllifidir.
Anna Karina fransız, ingilis, isveç və italyan dillərində sərbəst danışırdı.
14 dekabr 2019-cu ildə Parisdə vəfat etmişdir.[10]
Qodarla ayrıldıqdan sonra Anna Karina daha dörd dəfə ərə getmişdir: 1968-ci ildə Pyer Fabra, 1978-ci ildə Daniel Düvala, 1982-ci ildə Dennis Berriyə və 2009-cu ildə Moris Kuksa.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1961 | Qadın elə qadındır | fr. Une femme est une femme | Anjela |
1961 | Kleo 5-dən 7-yə | fr. Cléo de 5 à 7 | səssiz filmdəki aktrisa |
1962 | Öz həyatınla yaşamaq | fr. Vivre sa vie | Nana Klyaynfrankenhaym |
1963 | Kiçik əsgər | fr. Le Petit Soldat | Veronika Dreyer |
1963 | Şəhrizad | fr. Shéhérazade | Şəhrizad |
1964 | Yadlar | fr. Bande à part | Odil |
1965 | Alfavil | fr. Alphaville | Nataşa fon Braun |
1965 | Ağılsız Pyero | fr. Pierrot Le Fou | Marianna Renuar |
1965 | Əsgərlərin sevgililəri | fr. Le soldatesse | Elenisa |
1966 | Rahibə | fr. La Religieuse | Süzanna Simonin |
1966 | ABŞ istehsalıdır | fr. Made in USA | Pola Nelson |
1967 | Dünyanın ən qədim sənəti | fr. Le Plus Vieux Métier du monde | Nataşa |
1967 | Yad | it. Lo straniero | Mari Kardona |
1967 | Anna | fr. Anna | Anna |
1969 | Castin | ing. Justine | Melissa |
1969 | Qaranlıqda gülüş | fr. La Chambre obscure | Marqo |
1973 | Birgə yaşamaq | fr. Vivre ensemble | Culi Andersen |
1974 | Çörək və şokolad | it. Pane e cioccolata | Elena |
1976 | Çin ruletkası | alm. Chinesisches Roulette | İren Kartis |
1976 | Qayğanaq | fr. Les Œufs brouillés | Klara Dutilleul |
1978 | Hədiyyə corab | fr. Chaussette surprise | Natali |
1984 | Ave Mariya | fr. Ave Maria | Berta |
1985 | Xəzinələr adası | fr. L'île au trésor | ana |
1988 | Uçurum | fr. L'Œuvre au noir | Katrin |
1995 | Yuxarı, aşağı, kövrək | fr. Haut bas fragile | Sara |
2002 | Çarli haqqında həqiqət | ing. The Truth About Charlie | Karina |
2008 | Viktoriya | ing. Victoria |