Anna Vyaxireva

Anna Vyaxireva
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 13 mart 1995(1995-03-13)[1] (29 yaş)
Doğum yeri
Boyu 168 sm
Çəkisi 63 kq
İdman növü həndbol
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Viktorovna Vyaxireva (13 mart 1995[1], Volqoqrad) — Rusiya həndbolçusu, Rostov-Don klubunun və Rusiya komandasının sağ kənar və sağ orta oyunçusu. 2016-cı il Olimpiya çempionu (turnirin ən dəyərli oyunçusu), 2018-ci il Avropa çempionatının gümüş mükafatçısı (turnirin ən dəyərli oyunçusu) və 2019-cu il Dünya kubokunun bürünc mükafatçısıdır. 13 nömrə ilə çıxış edir. Rusiyanın əməkdar idman ustasıdır[2]. Rus həndbolçusu Polina Kuznetsovanın kiçik bacısıdır. İdman ləqəbi — "Həndbolun Messisi"[3][4][5].

6 yaşından bəri həndbol idman növü ilə məşğul olmağa başlamışdır. Anna kiçik olanda ailəsi Tolyattiyə köçmüş və bacısı Polina kimi, Anna da "Lada" və "Zvezda" klublarında oynamişdır. Hər iki bacının məşqçisi ataları Viktor Vyaxirev idi. Atası Annanı sol əllə oynamağa öyrətmişdir. Məhs həndbolda solla oynamaq çox dəyərləndirilir.[6][7] Viktor həm də istəyirdi ki, qızları eyni komandada oynayan zaman bir biri ilə rəqib olmasınlar. Polina Annadan fərqli olaraq sağ əllə oynayırdı. Anna Vyixireva evlidir və dini baxşılarına görə babtisdir.[8]

2018-ci ildə Fransadakı Avropa Çempionatında 8 oyun hesabına 43 top yazdırmış (4-cü yer) və 41 ötürmə (1-ci yer) etmişdir. Geniş fərqlə qol + ötürmə sistemində ən yaxşısı (84 xal) seçilmişdir. Rusiya komandasının ikinci yeri tutduğu turnirin nəticələrinə görə, Anna turnirin ən dəyərli oyunçusu seçilmişdir.

2019-cu ildə Yaponiyada keçirilən Dünya Kubokunda, 10 matçda toplam 62 top vurmuş və qol + ötürmə sistemində (107 xal) ən yaxşısı seçilmişdir. Rusiya komandası üçüncü yeri tutdu və Anna Vyaxireva Dünya Kubokunda ilk medalını qazandı. Anna yeganə rus oyunçulardan turnirin simvolik komandasına daxil edilmişdir.

2016-cı ilin 25 avqustunda Anna Rusiyanın "Dostluq" ordeni ilə təltiv edilmişdir.[9]

  1. 1 2 Anna Vyakhireva // https://www.olympedia.org/athletes/131581.
  2. "ПРИКАЗ «О ПРИСВОЕНИИ ПОЧЕТНОГО СПОРТИВНОГО ЗВАНИЯ „ЗАСЛУЖЕННЫЙ МАСТЕР СПОРТА РОССИИ"»". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  3. "Худший матч Трефилова. Как Россия проиграла Румынии". 2017-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  4. "АННА ВЯХИРЕВА: «Я — ГАНДБОЛЬНЫЙ МЕССИ? ПРИКОЛЬНО»". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  5. "Анна Вяхирева. «Месси» женского гандбола". 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  6. "«Знать наших». Анна Вяхирева". 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  7. "МАЛЕНЬКАЯ АННА С БОЛЬШИМ БУДУЩИМ". 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  8. "«Я плакала из-за комментариев. Были истерики». Очень откровенное интервью лучшей гандболистки мира". 2020-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  9. "Указ Президента Российской Федерации от 25.08.2016 № 429 «О награждении государственными наградами Российской Федерации»". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.