Anql-Avstraliyalılar

Anql-Afrikalılar
Ümumi sayı
Təqr. 13,8 mln. nəfər (2000)
Dili

İngilis d.nin Avstraliya variantı

Dini

Xristian


Anql-Avstraliyalılar, avstraliyalılarAvstraliyanın əsas əhalisi, xalq.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Sayı 13,8 mln. nəfərdir (2000). Həmçinin Yeni Zelandiya, Papua–Yeni Qvineya, B.Britaniya, ABŞ və s. ölkələrdə yaşayırlar. İngilis dilinin Avstraliya variantında danışırlar. Dindarları xristiandır. Anql-Avstraliyalılar etnogenezində, əsasən İrlandiya, Şotlandiyaİngiltərədən, həmçinin İtaliya, AlmaniyaNiderlanddan köçüb gələnlər iştirak etmişlər. 19-cu əsrin 50-ci illərində qızıl yataqlarının kəşf edilməsindən sonra B.Britaniyadan bu yerlərə mühacirət daha da gücləndi. Avstraliyanın müstəmləkələşdirilmə dövründə aborigenləravstraliyalılartasmaniyalılar məhv edilir və ya əlverişsiz ərazilərə sıxışdırılırdı. 1901-ci ildə Avstraliyanın dominion statusu alması Anql-Avstraliyalılar xalqının yaranmasına təkan verdi. Anql-Avstraliyalıların əksəriyyəti şəhərlərdə yaşayır. Sənaye, ticarət və xidmət sahələrində işləyirlər. Kənd əhalisi qoyunçuluqheyvandarlıqla məşğul olur. [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 509. ISBN 978-9952-441-02-4.