Antil adaları | |
---|---|
ing. Antilles, fr. Antilles, isp. Antillas, nid. Antillen | |
Ümumi məlumatlar | |
Adaların sayı | 50 |
Ən böyük adası | Kuba adası |
Ümumi sahəsi | 228662 km² |
Hündür nöqtəsi | 3087 m |
Əhalisi | 42.000.000 nəfər (2009-cu il) |
Yerləşməsi | |
12°11′10″ şm. e. 68°59′22″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Antil adaları (isp. Antillas) - Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu.
Arxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir.[1]
Adalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var. Dyabloten, Sufriyer, Montan-Pele və s.). Küləktutmayan adalar Karib And dağları strukturları ilə əlaqədardır. Antil adalarının ərazisi (Kubanın düzən sahələrindən başqa) çox seysmikdir.
İqlimi tropik passatdır. İllik yağıntı 1200–2000 mm, küləktutan yamaclarda 5000 mm, küləktutmayan yamaclarda 700–800 mm-dir. Yayın axırlarında güclü qasırğalar səciyyəvidir.
Təbii bitki örtüyünə –savannalara və tropik meşələrə az rast gəlinir. Küləktutan yamaclarda həmişəyaşıl meşələr qalmaqdadır.[2]
Böyük Antil adalarının tərkibinə daxil olan adalar:
Ada | Sahə, km² |
Əhali, nəf. |
Sıxlıq, nəf./km² |
Dövlət |
---|---|---|---|---|
Kuba | 110.860 | 11.242.621 | 101,41 | Kuba |
Haiti | 76.480 | 19.890.000 | 260,07 | Dominikan Respublikası və Haiti |
Yamayka | 10.991 | 2.735.520 | 248,89 | Yamayka |
Kayman adaları | 264 | 54.878 | 207,87 | Kayman adaları (Böyük Britaniyanın mülkiyyəti) |
Puerto-Riko | 9.104 | 3.994.259 | 438,74 | Puerto-Riko (ABŞ) |
Ümumi | 207435 | 37862400 | 182,53 |
Tərkibinə daxil olan adalar: