Anton Hanak

Anton Hanak
alm. Anton Hanak
Doğum tarixi
Doğum yeri Brno, Avstriya-Macarıstan
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Vyana, Üçüncü Reyx
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Hitsinq qəbiristanlığı[d]
Vətəndaşlığı Avstriya Avstriya
Fəaliyyəti heykəltaraş, boyakar[d], müəllim
Təhsili
  • Vyana İncəsənət Akademiyası[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[2][3][…], Brno, Sisleytaniya[4][1]7 yanvar 1934[2][5][…], Vyana[1]) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş.

Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.