Anton Rubinşteyn

Anton Rubinşteyn
rus. Антон Рубинштейн
Ümumi məlumatlar
Doğum tarixi 16 (28) noyabr 1829[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 (20) noyabr 1894[1][2][…] (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], bəstəkar
Janrlar opera, simfoniya, romantizm
Musiqi aləti piano
Mükafatları Pour le Mérite İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anton Rubinstein

Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkardirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu.

Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır. 1854–58-ci illər isə Rubenşteynə şöhrət gətirən müddət oldu. Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa edərək konsertlər verirdi.[4]

Silsilə konsertlər ona şöhrət gətirdi. Lakin, bəstəkar şöhrətdə batmadı…1862-ci ildə öz vətənində konservatoriyanın açılmasına nail oldu.

1872–1873-cü illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır. Bir il ərzində Rubenşteyn Amerika musiqisi ilə yaxından tanış olur, hətta, burda bir çox bəstəkarlarla işbirliyinə imza atır. Alman romantizmi isə daim onun yaradıcılığında özünü büruzə verirdi.

Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki, sanki insan ruhu göylərdə uçurdu.

Ümumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qazanıb.

  1. 1 2 3 4 Н. С. Рубинштейн, Антон Григорьевич (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1899. Т. XXVII. С. 203–205.
  2. 1 2 3 Э. Рубинштейн (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1904. Т. 3. С. 1143–1149.
  3. Рубинштейн Антон Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Apetyan, Z. A. ed., Vospominantya o Rakhmaninove (Reminiscences about Rachmaninoff) (Moscow, 1988), vol. 1, 194. As quoted in Martyn, 368

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]