Anton Yelçin | |
---|---|
ing. Anton Yelchin | |
| |
Doğum adı | Anton Viktorovich Yelchin |
Doğum tarixi | 11 mart 1989[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 2016[3][4][…] (27 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | aktyor, televiziya aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 2000–2016 |
Təhsili |
|
IMDb | ID0947338 |
antonyelchinofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989[1][2], Leninqrad[5] – 19 iyun 2016[3][4][…], Studio City[d], Kaliforniya[6] və ya Los-Anceles, Kaliforniya[7]) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb.
Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib.[8][9] Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar.[10][11] Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı.[10][12][13] Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir. Kino aləminin diqqətini 2006-cı ildə real faktlara əsaslanan "Alpha Dog" kriminal dramı ilə çəkir.
Dostları onun cansız bədənini Los-Ancelesin Studio City bölgəsindəki evinin qarşısında aşkarlayıblar.[14] Polisdən verilən məlumata görə, 27 yaşlı aktyor maşını qarajda saxlayıb və avtomobildən çıxanda 2,5 ton ağırlığındakı Jeep Grand Cherokee qəflətən arxaya hərəkət edərək aktyoru hasara sıxaraq öldürüb.[15][16]
Then too there was religious and political oppression. In 1972, as the nationally third-ranked pair team, they qualified for the Olympics but were not permitted to go because of their religion.
The Star of David has been in my family for a long time, and obviously I'm Jewish.