Bu məqaləni vikiləşdirmək lazımdır. |
Antonio Van Deyk | |
---|---|
nid. Anthonio van Díjck[1] | |
Doğum adı | Anthonio[1][4] |
Doğum tarixi | 22 mart 1599[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1641[2][3][…] (42 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, işləmə ustası, dramaturq, teatr rejissoru, tərcüməçi, dramaturq, saray rəssamı, boyakar[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Janrlar | portret rəssamlığı[d], dini rəssamlıq[d][6], mifologiya rəssamlığı[d][6], tarix rəssamlığı[6], portret[6] |
Stil | Barokko rəssamlığı[7] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ser Antonis Van Deyk (Flomandca: Antoon Van Dijck) — Flomand rəssamı.
O, Anversli tacirin ailəsində dünyaya gəlib. Yaradıcılıq fəaliyyəti qısa olsa da yadda qalandır. Van Deyk Şahzadə və kralların sevimlisi idi. İngilis portret məktəbini qurması incəsənət tarixinə verdiyi ən böyük töhfələrdən biridir. Rəssamın adı ilə bağlı rəng çaları da var: "Van Deyk qəhvəyisi". 1609-cu ildən 1612-ci ilə qədər Hendrick Van Balenin yanında şagirdlik etmişdi. Bu dövrdə çəkdiyi "Qoca" adlı əsəri 1613-cü ilə aiddir. Yakop Yordaens və Piter Paul Rubenslə birlikdə müəyyən müddət əməkdaşlıq aparmışlar. 1618-ci ildən peşəkar rəssam kimi fəaliyyət göstərməyə başlayıb. 1620-ci ildə kolleksioner Tomas Hovardın köməyilə sarayda fəaliyyətini davam etdirmək imkanı əldə edir və Venesiya rəssamlıq məktəbi ilə tanış olur. 1622-ci ildən 1627-ci ilə qədər İtalyada yaşayır. Romaya gələndə zaman Kardinal Bentivoglionun qonağı olur. Müəyyən müddətdən sonra Cenevrəyə köçür. Cenevrədə daha çox portret janrında əsərlər çəkir. 1627–1632-ci illər arasında Ansverdə kilsələrin bədii tərtibatı üçün çalışır, portretlər çəkir. 1630-cu ildə Parisə gedir, məşhur kəmərlərin gravüralarını hazırlayır. 1632-ci ildə Kral I Çarlz rəssama cəngavər adı verir, pulla mükafatlandırır. Van Deyk o zamandan başlayaraq zəngin ingilis ailələrin rəsmlərini çəkir, öhdəsinə verilmiş Blackfriars və ya Elthamdakı həyət evində lyuks bir həyat yaşayır.
Rəssam əvvəllər Karavaggio ilə Cordaensin üslublarının təsiri altında qərarsız qaldıqdan sonra, fırça vuruşunu və parlaq rənglərdən istifadəsini mənimsədiyi Piter Paul Rubensin üslubuna üstünlük verir. Amma bu üsluba müəyyən dəyişiklik edərək öz bacarığına uyğunlaşdırır. Rubens kimi Van Deyk də ədəbi və mifoloji mövzulara üstünlük verir. "Su pərilərinin yuyunması", "Diana və Endimion", "Amarillis və Mirtila", "Renald ilə Armida" adlı əsərləri, rəssamın həmin dönəm yaradıcılığına örnək olaraq göstərilir. Sənətçi eyni zamanda böyük bir katolik rəssamdır: Valon Brabant və Flandre kilsələri üçün hazırladığı geniş kətan rəsmlərdə, ölçülü və yumşaq, yepyeni bir barokko anlayışı görülür. Dindarlığı sonsuz, bitkin bir üzüntünü əks etdirən incə detallarla doludur. "Müqəddəs ailə", "Piyeta" kimi tablolarında görülən bu özəllik, rəsmlərinin bəyənilməsində böyük rol oynadı. Ancaq Antoni van Deyk əsl uğurlarını təkrarsız portretçiliyinə borcludur. Cenevrədə, Rubensin dəbdəbəli portretlərini örnək alaraq, Spinolalar, Durazzolar kimi ən böyük ailələri olduqca bacarıqla təsvir etməyə müvəffəq oldu. Şaha qalxmış atlarını cilovlamağa çalışan minicilərin, ağır parçadan olan geyimləri içində dimdik duran məğrur qadınların rəsmlərində monumental bir görünüş əldə etmək üçün rəssamın tapdığı yol, üfüqi xətləri aşağıdan almaq, üzləri aşağıdan yuxarıya doğru baxan kimi göstərməkdi. Bu sahədə ən bacarıqlı əsərləri olan "Balbi Markizi", "Paola Adorno", "Marki Cattaneo", "Ağ atı üstündə Tomaso di Carignano" və Romada hazırladığı "Kardinal Bentivoglio"nun portretləridir. Brüsseldə isə müştərilərinin çoxu burjua təbəqəsinin nümunələri, dostları və ya sənətçilər olduğu üçün Van Deyk flomand üslubuna xas yarı boy portretlərinə qayıtdı. Sadəliyə, palitranın zənginliyinə, dairəvi biçimlərə daha çox önəm verdi, şəxsi detallar üstündə dəqiqliklə durdu. Rəssamlardan Jan Vaele və Grayerin, heykəltaraş Colins de Nolenin və xüsusilə Marie-Louise de Taksisin portretləri, sənətçinin belə əsərləri arasındadır. Bundan başqa İngiltərədə daha 400 portret çəkmişdir. Həmin portretlərdə isə boyanın çox incə qatlarla çəkilməsi, ən incə detalların da gözə çarpmasına imkan verir; isti rənglərlə işlənən kölgələr, gümüş rəngi işığın təsirini daha da artırır; məxmər, ipək və atlas kimi parçaların təəccübləndirici dərəcədə gerçək görüntüsü rənglərin ən yaxşı şəkildə dəyərləndirilməsini təmin edir.
Van Deykin portretlərindən bəziləri Çesterfield və Darnley kontlarının, Mountbatten və Norfolk lordlarının, özəlliklə İngiltərə kraliçasının kolleksiyalarındadır. Dini tablolarının bir qismi Meschelendə Saint-Rombaut, Grandda Saint Michel, Dendermondede Notre-Dame, Courtraide Notre-Dame, Anversde Augustinus kilsələrində və Seventhemdədir.