Aoqaşima | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | |
Uzunluğu |
|
Eni | 2,5 km |
Əhalisi |
|
Yerləşməsi | |
32°27′28″ şm. e. 139°45′33″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aoqaşima (yap. 青ヶ島) — Filippin dənizində yerləşən vulkanik ada.[3][4] İzu adalar qrupunun ən cənubunda yerləşən və ən çox təcrid olunmuş adasıdır.
Ada Tokiodan 350 km cənubda və Haçicocima adasından 64 km cənubda yerləşir. Adanın uzunluğu 3,5, eni isə 2,5 km-dir. Sahil xəttinin uzunluğu 9 km-dir. Adada eyni adlı vulkan yerləşir.
Aoqaşima Tokio prefekturasının Haçiço inzibati rayonunun bir hissəsidir. Adanın inzibati mərkəzi Aoqaşima kəndidir. Ada Fuji-Hakone-İzu Milli Təbiət Qoruğunun bir hissəsidir.
Aoqaşimanın məskunlaşma tarixi dəqiq məlum deyil. Adanın əhalisinin əksəriyyətini yaponlar təşkil edir. 1652-ci və 1670-1680-ci illərdə vulkanik aktivliyin qeydə alındığı Edo dövrünün rəsmi qeydlərində Aoqaşimanın adı çəkilir. 1780-ci ilin iyulunda və 1871-ci ilin mayında baş verən zəlzələlər adadakı vulkanın püskürməsinə səbəb oldu. Həmçinin 1785-ci ildə baş verən kütləvi püskürmə zamanı adanın 327 sakinindən təxminən 130-140 nəfəri həlak olmuşdur.