Qədim şəhər | |
Apameya | |
---|---|
Ἀπάμεια | |
![]() | |
35°25′ şm. e. 36°24′ ş. u.HGYO | |
Ölkə | |
![]() |
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. أفاميا/آفاميا, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi.
Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312–281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir. O, İsgəndərə qarşı müharibədə soqdların başçısı Spitamenin qızı idi. Burada Selevkilərin sikkələri kəsilirdi.
Böyük Pompey eramızdan əvvəl I əsrdə şəhəri dağıtmışdır. Eramızın 1-ci əsrində Claudia Apamea adı ilə şəhərin yenidən əsası qoyulmuşdur. 6–7 illər ərzində Suriya hökmdarı (lat. Publius Sulpicius Quirinius) tərəfindən aparılan siyahıyaalma zamanı, Apameyada 117.000 azad insan yaşayırdı, bu o deməkdir ki, şəhərin ümumi əhalisi təxminən yarım milyon sakin idi və Qədim Şərqin ən böyük şəhərlərindən biri idi. Orta Platonçuların (Numenius) və Stoiklərin (Posidoni) məşhur fəlsəfi məktəbi burada idi.
I Yustinianın dövründə şəhər ətrafında yeni istehkam divarları tikildi. Müqəddəs Pavsikaki Sinadski şəhər sakinlərindən idi. 540-cı ildə şəhər farslar tərəfindən yağmalanmış, 7-ci əsrdə (636–638) isə müsəlmanlar tərəfindən dağıdılmışdı. Qədim şəhərdən möhtəşəm sütunlar qorunub saxlanılmışdır.