Apataki adası | |
---|---|
fr. Apataki | |
Ümumi məlumatlar | |
Sahəsi | 20 km² |
Əhalisi | 350 nəfər (2012-ci il) |
Yerləşməsi | |
15°27′ c. e. 146°19′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Apataki (fr. Faaite) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Arutua atolundan 19 km cənub-şərqdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.
Atollun uzunluğu 36 км, eni — 25 km, quru sahəsi isə 20 km²-dir. Daxilində böyük laqun vardır. Şimal-qərb və cənub-qərbdən laqun okeanla kiçik boğazlarla birləşir.
İnzibati baxımından Arutua kommunasına daxildir.
2012-ci il məlumatına görə adada 350 nəfər yaşayır. Niutahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.
Ada 21 may 1722-ci ildə holland səyyah Yakob Roqqeveen tərəfindən kəşf edilmişdir. O, adanı Avondstond adlandırır. Adanın digər adı isə Qaqemasterdir. Bu ad rus dənizçisi Leonti Qaqemasterin şərəfinə adlandırılır. 1774-cü ildə adada ingilis səyyah Ceyms Kuk olmuşdur.
Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatı (Kopra istehsalı) və balıqçılıqdır (balıq ovu və mirvari yetişdirmək).