Appi yolu

Appi yolu

Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir. Appi yolundan 6-cı əsrədək istifadə olunmuşdur. Appi yolu indi də qalmaqdadır.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 580. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]