Apple Kompüter Siçanı — Apple tərəfindən əvvəl Apple seriyası üçün, daha sonra Macintosh kompüter seriyası üçün hazırlanan bir siçandır. İstehlakçılara təqdim olunan ilk kommersiya məqsədli siçanlardan biridir. İllər boyu Apple-n özünəməxsus dizaynını özündə əks etdirən siçanları fərqli bir forma və funksiyaya malik olmuşdur.
Apple tərəfindən istehsal olunan siçanlar, adətən tək bir düymə ilə idarə olunurlar. 2005-ci ildə Apple bir sürüşmə topu və dörd proqramlaşdırılması mümkün "düymə" xüsusiyyətli bir siçan tanıtdı. Apple tərəfindən istehsal olunan bütün siçanlar, Appleın optik LED əsaslı nəzarət mexanizmləri 2000-ci ilə qədər sürüşmə topu mexanizmi ilə işləyirdi. Appleın ən yeni siçanları lazer texnologyasını istifadə edir
1979-cu ildə Apple, bir iş kompüteri planlaşdırırdı və eksperimental texnologiyalarının bəzilərini görmək üçün "Xerox Parc" araşdırma mərkəzi ilə birgə layihə hazırlamışdı. Douglas Engelbart "SRI International"da çalışarkən siçanı icad etdilər.[1] Ən böyük problemlərdən biri, istehlakçı əsaslı bir fərdi kompüter üçün istifadəyə yararlı olamayn siçanın xərcinin 400 ABŞ dollarından yuxarı olması idi. Əsl siçan təxminən on il boz rəng və profillərdən ibarət düzbucaqlı bir blok formasında qaldı. Çox sonradan, üst hissə ələyatımlı olacaq şəkildə yenidən dizayn olunub. Daha sonralar Apple daha elliptik bir formaya və monokromatik qara və ağ dizayna geri döndü. Texnoloji marağlara uyğunlaşmaqdan ötrü Apple 2003-cü ildə kabelsiz olaraq yeni siçanları dizayn etdi.[2][3][4]
Appleın ilk siçanları, kvadrat siqnallar daşıyan "DE-9" əlaqəsi istifadə edirdi. Appleın Bluetooth siçanlarının hamısı Bluetooth xüsusiyyətli demək olar ki, bütün kompüterlərlə uyğunluq göstərər, ancaq PC-də istifadəni dəstəklənmir. Appleın USB siçanları da USB ilə təchiz edilmiş bir çox cihaza uyğundur.[5]