Apuliya | |||||
---|---|---|---|---|---|
Puglia | |||||
|
|||||
41°00′31″ şm. e. 16°30′46″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Bari | ||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | IT-75 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. Zeytun və üzümçülük sahələri daha çox inkişaf etmişdir. Pambıq və şəkər çuğunduru, tütün, paxlalı bitkilər, heyva, əncir, badam becərilir. Margerita-di-Savoyyada dəniz duz mədənləri var. Qarqano yarımadasında boksit, Foca rayonunda təbii qaz çıxarılır. Neft emalı, neft-kimya, kənd təsərrüfatı maşınqayırması, toxuculuq, tikiş, rezin, metallurgiya sənayesi müəssisələri var. Mühüm şəhərləri və portları: Bari, Taranto, Brindizi.[3]