Aqtöbedə güllələnmələr (2016)

Aqtöbedə güllələnmələr
Hücum yeri Qazaxıstan Qazaxıstan, Aqtöbe vilayəti, Aqtöbe
Hücum hədəfi silahların oğurlanması, dövlət nümayəndələrinə hücum
Vaxt 5 iyun 2016
Hücum üsulu silahlı hücum
Həlak olanlar 25 (4 sakin, 3 hərbçi, 18 hücumçu)[1][2]
Yaralılar 22
Qatil sayı 25[3]
Təşkilatçılar DAİŞ (iddia)[4]

Aqtöbe güllələnmələri 2016-ci ilin iyunun 5-də və ondan sonra Qazaxıstanın həmin şəhərində bir nəçə gün ərzində baş vermiş güllələmələr seriyasından ibarət idi.

Qazaxıstan üçün terrorçuluq və ekstremim nadir hadisə sayıla bilər,[5][6] lakin 2011-ci ildə ölkədə ilk intiharçı terror aktı da elə həmin şəhərdə baş verib.[5]

Terrordan uzaq, sakit bir ölkə olmasına baxmayaraq, son vaxtlar Qazaxıstanın əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkədəki sabitliyi zərbə altına qoyub. Sabitliyə xələl gətirən digər səbəblərdən biri də həmin ilin aprel və may aylarında baş verən etiraz aksiyaları olub.[6] Bundan başqa, xarici vətəndaşlara Qazaxıstanda torpaq almağa imkan yaradan qanunvericiliyə edilən son dəyişiklik də etirazları qızışdırıb.[4]

Pallada mağazasına hücum

[redaktə | mənbəni redaktə et]

Hücumçuların böyük qrupu Pallada mağazasına girib, satıcını ürək hissəsindən gülləyiblər. Lakin o, təcili çağırış düyməsini basmağa imkan tapıb. Həmin satıcı aldığı güllə yarasından sonradan həlak olmuşdu. Balıqçılıq bölməsinin satıcıları da güllələnib, yaralanıblar. Düymənin basılmasından dörd dəqiqə sonra gələn təhlükəsizlik şirkətinin iki işçisi də yaralanıblar. Onlardan biri yerindəcə həlak olub.[7] Üç dəqiqə sonra gələn üç polis işçisi də 14 namludan ağır güllələnmə ilə qarşılanıblar.[3] Polislərin hamısı yaralanmışdı. Hücumçular mağazadan özləri ilə 17 odlu silah, üç qaz tapançası, gilizlər və bıçaqlar aparıblar. Mağazadan çıxarkən hücumçular yaxınlıqda olan minik avtomobilini ələ keçirmək məqsədi ilə avtomobilin sahibini öldürüblər.[8]

Bütün bu hadisələr 9 dəqiqə ərzində baş verib.[3].

Bundan sonra hücumçulardan ayrılmış bir qrup marşrut avtobusu ələ keçirib, sərnişinlər və konduktoru endirib sürücünü avtobusu Qazaxıstan Milli Ulanının 6655 nömrəli hərbi hissəsi istiqamətində sürməyə[9][10] məcbur ediblər[11].

Pantera mağazasına hücum

[redaktə | mənbəni redaktə et]

Digər qrup isə zəbt etdiyi polis maşını ilə Pantera mağazasına gəlib, orda iki qardaş müştəridən birini yaralayıb, digərini isə öldürüblər. Meyitxana işçilərin sözlərinə görə, öldürülmüş qardaşın əllərində döyüş izləri var idi.[8]

Ümumilikdə cinayətkarlar mağazada 8 dəqiqə olublar, 4 dəqiqədən sonra polis qrupu hadisə yerinə gəlib. Nəticədə, hücumçuların üçü öldürülmüş, biri isə yaxalanmışdı. İki hücumçu oğurlanan maşında hadisə yerindən qaçıblar, lakin sonra şəhərdən kənarda tapılıb öldürülmüşlər.[3][10][12]

Hərbi bölməyə hücum

[redaktə | mənbəni redaktə et]

Qalan hücumçular zəbt edilmiş avtobusu qoçbaşı kimi işlədib, Qazaxıstan Milli Ulanının 6655 nömrəli hərbi hissəsinin darvazlarından keçdilər. Orda onlardan biri öldürənə qədər, bir hərbi qulluqçunu öldürdülər, doqquzunu isə yaralayıb.[6]

Polis hücumçuları radikal, qeyri-ənənəvi dini hərəkətlərin xələfləri adlandılar.[5][6]

Qazaxıstan Prezidenti, Nursultan Nazarbayev iddia edib ki, hücumların əmri Qazaxıstanın sabitliyi pozmaq məqsədi ilə xaricdən gəlib.[13] İyunun 10-da isə Nazarbayev təhlükəsizlik şurasına demiş ki, hücumçular sələfi idilər və güman ki, onların arasında DAİŞ-dən Qazaxıstana geri qayıdanlar var idi.[4]

Qazaxıstan DİN-yi Aqtöbedəki hadisələri terror aktı kimi tanıyıb. Aqtöbedə terror təhlükənin qırmızı (yüksək) səbiyyəsi elan olunub. Onun çərçivəsində ordaki bütün xüsusi xidmətlərin səfərbərliyi, 24 saatlıq növbətçilik aparılıb, antiterror əməliyyat rejimi təyin olunub.[14]

5-6 iyun arası gecəsində iki adam saxlanılıb, beş isə müqavimət göstərdiyinə görə öldürülmüşdü. Onların arasında hərbi bölməyə də, Pantera mağazasına da hücum edənlər var idi. Onlarda əvvəldən oğurlanmış silahalr tapılıb.[10]

Həmçinin, qaçaq hücumçuların şəxsiyyəti müəyyənləşdirilib. 2016-cı ilin iyunun 7-də 7 adam axtarışda idi.[15] Onların beşi Aqtöbedə, ikisi isə QızılordaAqmola vilayətlərində anadan olmuş.[16]

Şübhəli və diqər şəxslərin təhqiqatı göstərib ki, hücumların hazırlığında 45 adam iştrak edirdi. Onlardan 16 planlaşdırma vaxtı iştrakdan çəkildilər. 29 adam Pallada mağazasına hücum etmək üçün yollananda, onlardan daha 3-ü iştrakdan imtina etdilər. Daxili İşlər Naziri, Qalmuhanbet Qasımovın dediyinə görə, video izləmə yazıları göstərdilər ki, mağazaya 26 adam yaxınlaşıb. O vaxt, onlardan daha biri iştrakdan imtina edib. Beləliklə, əvvəlki 45 adamdan hücumlarda 25 adam iştrak edib.[3]

8 iyunun səhərində Milli Təhlükəsizlik Komitəsi Prezidentə verdiyi hesabatında məlumat verdi ki, onun 2 qrupa bölünmüş 6 döyüşçü və onlardan ayrı şəkildə daha bir döyüşçü Aqtöbe şəhərinin ərazisində hərəkət etdiklərindən məlumatı var. Ağ rəngli VAZ-2115 maşında hərəkət edən bu qrupların biri pioner düşərgəsinin təhlükəsizlik işçilərə yivsiz silahdan atəş açdıb.[17] Sonra, DİN MTK verdiyi pioner düşərgəsinin güllələmə haqqında məlumatını inkar etmiş.[18].

Həmin gün DİN gizlənilənlər haqqında məlumat verənlər üçün 5 million tengə mükafat verəcəyini elan edib.[19] Həmçinin, o səhər, axtarışa verilən bir döyşçü Aqtöbe vilayətinin Qobda qəsəbəsində saxlanılıb.[20]

İyunun 10-da Aqtöbe şəhərinin Nekrasov küçəsindəki yerləşən mənzildə MTK və DİN hüsusi əməliyyatı aparılıb. Şübhəli şəxslər təslim etməktən imtina edib, atəş açdılar. Basqının nəticəsində şübhəli şəxslərin dördü mənzildə öldürülmüş. Əməliyyat gecə vaxtı saat 1:30-da evin sakinlərinin evakusiyasından başlayıb.[21] Şübhəli şəxslərlə olan mənzilin basqını isə 4:00 başlayıb.[22] Şübhəli şəxslərin biri, Dmitri Tanatarov çox güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Durumu son dərəcədə çətin kimi qiymətləndirilirdi.[21] Sonra, Dmitri Tanatarov Aqtöbenin təəcili tibbi yardımının hospitalının canlanmasında həlal olmuş.[23] Qonuşuların sözlərinə görə, terrorçular gizləndiyi mənzil icarəyə verilirdi.[24]

Təxminən eyni vaxtda, Myasoyedov və Arınov küçələrin yolayırıcısında terrorçuların əlbiri yivsiz silahdan polis patrulun maşını güllələyib, cavab atəşi ilə öldürülmüş. İki polis işçisi yüngül yara almış.[25]

Axtarışa verilən son üç şəxs 11 iyunda, təxminən saat 22:30-da tapılıb. Onlar Jamanqulov, 15 ünvanında gizlənirdi. Zəbt zamanı onlardan birinin ayağı yaralandı. Hamı güc orqanlarının əməkdaşların tərəfindən yaxalandı. Onlardan Pallada mağazasından oğurlanmış iki ədəd odlu silah alınmış.[26][27]

  1. "Число уничтоженных террористов в Актобе выросло до 13". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
  2. "Названо число погибших в теракте в Актобе". Lenta.ru. 6 июня 2016 года. 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
  3. 1 2 3 4 5 "МВД: 45 человек готовились к джихаду в Актобе". 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
  4. 1 2 3 Isachenkov, Vladimir. "Kazakhstan says 5 suspected militants killed in sweep". bigstory.ap.org. Associated Press. September 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 10, 2016.
  5. 1 2 3 "Kazakhstan: Gunmen attack gun shops and army unit in Aktobe". bbc.com. BBC. January 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2016.
  6. 1 2 3 4 "Suspected militants attack Kazakh guard base, kill six". reuters.com. Reuters. August 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2016.
  7. "В Актобе во время спецоперации были убиты ещё пятеро преступников". 2016-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-04.
  8. 1 2 "Экстремисты расстреляли пенсионера из Актобе на глазах у его жены". 2016-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-14.
  9. "После нападения в казахстанском Актобе возбуждено более 20 дел". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  10. 1 2 3 «Хронологию событий 5 июня в Актобе восстановили в МВД РК». Газета Караван. 06.06.2016 Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine
  11. "Водитель захваченного террористами автобуса нуждается в помощи психолога". 2016-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  12. "МВД подтвердило захват преступниками автобуса в воскресенье в Актобе". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-03.
  13. Orazgaliyeva, Malika. "Kazakh President Declares June 9 as National Day of Mourning". astanatimes.com. Astana Times. March 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2016.
  14. "В Актобе установлен красный уровень террористической опасности". Today.kz. 5 июня 2016. 2019-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-05.
  15. "Семь разыскиваемых подозреваемых в совершении теракта в Актобе". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-17.
  16. Мария Гареева. "Новые фото семи разыскиваемых в Актобе террористов распространила полиция - новости на Informburo.kz". informburo.kz. 2016-06-07. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  17. "Назарбаеву сообщили об обстреле актюбинскими террористами охраны детского лагеря". 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  18. "МВД опровергает информацию об обстреле детского лагеря". 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  19. "За информацию о террористах из Актобе объявлено вознаграждение в 5 млн тенге - новости на Informburo.kz". informburo.kz. 2016-06-08. 2016-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  20. "Еще один террорист задержан в Актюбинской области". 2016-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.
  21. 1 2 Айнур Каипова. "Террориста, раненого при штурме квартиры 10 июня, оперируют в Актобе - новости на Informburo.kz". informburo.kz. 2016-06-10. 2016-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  22. Майя Тенизбаева. "Во время спецоперации в Актобе эвакуировали жителей пятиэтажного дома - новости на Informburo.kz". informburo.kz. 2016-06-10. 2016-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  23. "Скончался раненый при штурме квартиры 10 июня террорист Танатаров - новости на Informburo.kz". informburo.kz. 2016-06-10. 2016-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  24. "Квартира, в которой укрывались террористы, сдавалась в аренду - соседка - новости на Informburo.kz". informburo.kz. 2016-06-10. 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  25. "Группа террористов уничтожена в Актобе - новости на Informburo.kz". informburo.kz. 2016-06-10. 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  26. "КНБ: Последний террорист Танатаров задержан в Актобе". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-27.
  27. "Стали известны подробности спецоперации в Актобе (фото, видео)". 2016-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-27.