Aralıq (Şörəyel)

kənd
Aralıq
40°42′ şm. e. 43°46′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 9,7 km²
Mərkəzin hündürlüyü 1.480 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.309 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aralıq xəritədə
Aralıq
Aralıq

Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz»[3], «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq»[4] mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur.

Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır[5]. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar[6] yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.114
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.52
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.40
  6. azərbaycanlılar - İbrahim Bayramov
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.40-41, 122-123

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Aralıq (Şörəyel) GEOnet Names Server-də.
  • World Gazeteer: Armenia[ölü keçid] – World-Gazetteer.com
  • Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti
  • "Dictionary of Armenian residences (Հայաստանի հանրապետության բնակավայրերի բառարան), page 74" (PDF). September 12, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 18, 2014.