Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi. Rodriqonun arvadı Viktoriya avtobioqrafiyasında yazır ki, Adajionun atmosferinə həm Aranxuesdəki bal ayı haqqında xatirələr, həm də Viktoriyanın uğursuz birinci hamilələliyi ilə əlaqəda Rodriqonun ruhi vəziyyəti təsir eləmişdir[1].