Arboviruslar

Arboviruslar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Arboviruslar — Bu qrup viruslar öz adlarını Arthropodborne sözündən almışdır ki, bu da "buğumayaqlılarla keçirilən viruslar" deməkdir. Arboviruslar təbiətdə çox geniş yayılmışlar. Hal-hazırda isə 200-dən artıq növü müəyyənləşdirilmişdir. Bu qrupun nümayəndələri insan və heyvanın bir sıra xəstəliklərini əmələ gətirirlər. Bu viruslar adətən quşların, soyuqqalıların,gənələrin,ağcaqanadların,mığmığaların bədənində parazitlik edirlər . Bir sıra buğumayaqlılar nəinki bu virusların keçiricisi, hətta bunlar həmin virusların qoruyucusu hesab olunurlar. Əksəriyyət arboviruslar sferik formada viruslar olub, 25dən 120–180 mkm qədər böyüklükdə olurlar. Onların tərkibi RNT dən, zülaldan, lipidlərdən və xarici təbəqədən ibarətdir. Bu qrupun ayrı-ayrı nümayəndələri həm müxtəlif hüceyrə kulturasında inkişafına görə, həm də sitopatogen effekt göstərmə xarakterinə görə bir-birindən fərqlənirlər. Bu qrupa ensefalit,sarı qızdırma,hemorragik qızdırmapapataçi virusları aiddirlər.