Ardıcvari arseutobium

Ardıcvari arseutobium
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ardıcvari arseutobium
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Krım, Qafqaz və Orta Asiyada yayılmışdır, dəniz səviyyəsindən 2000 −2500 m hündürlükdə bitən ardıcların köklərində parazitlik edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2–20 sm, oduncaqlı, yığcam, buğumlu, çox miqdarda budaqları olan koldur. Çiçəkləri yarpaqların qoltuqlarında tək, bircinsli, ikievlidir. Çiçəkyanlığı 2–3 bölümlü, bu qədər erkəkciklidir. Dişicik çiçəklərin borucuqlu, ikiyə bölünmüş çiçək yanlığı vardır. Sütuncuğu qısa, konusşəkilli, küt dişicik ağızlıdır. Meyvəsi yumurtaşəkilli, yalançı giləmeyvədir. Yarpaqları xırda, cüt, oturaqdır. Giləmeyvəsi yumurtaşəkilli, mavi, ucunda çiçək yanlığının qalıqları vardır, yetişdikdə açılır. Xırda yarpaqları bünövrəsində bitişir. Bitkinin tərkibində saponin, 0,7% alkaloidlər, flavonoidlər, leykoantosianlar, antosianlar vardır. Yarpaqlarda qlükozid mirisetin tapılmışdır. Meyvələrində 34–49% efir yağı, 8–15% ali yağ turşuları vardır.

Daşlı-gilli yamaclarda, qayalarda, dəniz səviyyəsindən 2000 −2500 m hündürlükdə bitən ardıcların köklərində parazitlik edir. Quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın şərq hissəsində ardıclarda parazitlik edir.

Bitki proteosid xüsusiyyətlərə malikdir. Su infuzoriyalarının məhvinə səbəb olur. Yarpaqların və gövdələrin həlimi əsməcəyə qarşı istifadə edilir. Meyvələrin tozu yaralarda istifadə edilir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флopa Aзeрбaйджaнa. т.5. 1954; Флopa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]