Ardanış

Ardanış
40°29′45″ şm. e. 45°21′46″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Çəmbərək
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.924 ± 1 m, 1.975 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 756 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1308
Digər
ardanish.com/index.php
Ardanış xəritədə
Ardanış
Ardanış
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ArdanışQərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd.

Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilikheyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf etmişdir. Kənddə 800 şagirdlik üç mərtəbəli orta məktəb binası, 1988-ci ildə istifadəyə hazır vəziyyətdə olan üç korpuslu 1200 şagirdlik yeni məktəb binası, 450 tamaşaçı yeri olan mədəniyyət evi, kino qurğu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi. Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və o dövr üçün İttifaq əhəmiyyətli "Dalğa" pansionatı (3 korpusdan ibarət) var idi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.

  • Məşədi Həsən

Ardanışın 450 yerlik müasir mədəniyyət evində müxtəlif sahələr üzrə özfəaliyyət kollektivləri fəaliyyət göstərirdi. Erməni məmurları bu obyektlərin tikilməsində o qədər də maraqlı deyildilər, əksinə imkan daxilində bu işə mane olmağa çalışırdılar. 1964-cü ildə müasir klub binası inşa edilib.

Ardanış kəndində 40-cı illərin sonlarından etibarən klub binası olmadığı bir dövrdə belə teatr tamaşaları hazırlanıb. Teatr mütəxəssisləri olmasa da bu tamaşalar istər bədii, istərsə də tərtibat baxımından olduqca mükəmməl şəkildə hazırlanıb tamaşaçılara təqdim edilirmiş. Əvvəllər böyük ev damlarında, daha sonralar isə yay vaxtlarında fermalarda teatr tamaşaları verirlərmiş. Hətta qadınlardan da tamaşalarda rol oynayanlar olub. Sonradan klub binası tikildiyindən kəndə müxtəlif peşəkar teatrların (Naxçıvan, Gəncə və İrəvan teatrlarının), eləcə də qonşu kəndlərin özfəaliyyət kollektivlərinin qastrol səfərləri olub. Kəndlər arasında bir teatr yarışı, mədəni mübadilə mövcud idi. Əsasən yay vaxtlarında kəndirbazlar demək olar ki, hər il kəndə gələrdilər.

Ardanış kənd mədəniyyət evində M. F.Axundovun, N. B.Vəzirovun, Ə.Haqverdiyevin, S.Vurğunun dram əsərləri tamaşaya qoyulurdu. Aşağıdakı teatr tamaşaları yaddaşda qalıb: "Zəmanəmizin pəhləvanları", "Vaqif", "Hacı Qara", "Yoldaş Koroğlu", "O olmasın, bu olsun", "Sevil", "Solğun çiçəklər", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", "Ac hərflər" və s. Əhalinin teatra olan tələbatının ödənilməsi baxımından, bu tamaşalar peşəkar teatrların tamaşalarından heç də geri qalmırdı.

Ardanış kənd mədəniyyət evinin ansamblı fəaliyyət göstərirdi. Bu ansamblın üzvlərindən Əli Zeynalabduyev (qarmon ustası), Vaqif və Əbülfət Bayramov qardaşları (solo oxuyanlar), İmran Kazımov (xanəndə), Mehman Həsənov (xanəndə), Cəmaləddin Bayramov (gitaraçı), Rəşid Allahverənov (gitaraçı), Firdovsi Həsənov (qoşa nağara), Tahir Məmmədov və Mustafa Abdullayev (balaban), İmran Xəlilov (saz), Şükür İsmayılov (saz) öz çıxışları ilə könülləri oxşayıblar. Bu ansambl rayon və bölgə üzrə keçirilən musiqi festivallarında həmişə birinci yeri tutub. Ansamblın üzvləri həm də Ardanış və qonşu kəndlərin toylarının aparıcı musiqiçiləri olublar. Hətta onları erməni kəndlərindən də toya dəvət edənlər olubdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ardanış kəndinin ərazisinin çox hissəsini vulkaniktektonik mənşəli dağlar təşkil edir. Ardanış kəndi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Göyçə silsiləsində, dəniz səviyyəsindən 1916 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır.

Ardanış ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yay axşamlarında çən-çisəkli dağlar, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, "Adatəpə"nin kolluqlarındakı giləmeyvələr, təmiz dağ havası, təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü və bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida insanı sağlam saxlayan, uzunömürlü edən başlıca amillərdəndir.

İqlim göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Ardanış kəndi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +35 dərəcəyədək olur.

Ən çox yağıntı may ayında olur. Yağıntının orta illik miqdarı 350–400 mm-dir. Torpağın qumsal olması ilə əlaqədar yağışın çox yağması Ardanışda çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Kəndin (yaşayış sahəsinin) əksər hissəsi qumsal torpaqlarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.

Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını o qədər də hiss etdirmir. Ekoloji cəhətdən təmiz hava insanın tənəffüs sisteminin çox rahat işləməsinə şərait yaradır. İlin yağıntılı vaxtlarında belə buludlu hava şəraiti uzun sürmür. Səma ilin çox vaxtı açıq və günəşli olur. Payız və qış aylarında əsasən şimal küləkləri, yaz və yay aylarında isə əsasən şimal-şərq və şimal-qərb küləkləri üstünlük təşkil edir. Yayda dağların və dərələrin qeyri-bərabər qızması səbəbilə dağ-dərə küləkləri əmələ gəlir. Gündüz mülayim küləklər dərələrdən dağlara doğru, axşam və gecə isə soyuq küləklər dağlardan dərələrə doğru əsir. Yeri gəlmişkən, el arasında – dialektdə yağışın, qarın, küləyin, fəsillərə uyğun olaraq ayların müxtəlif adları mövcud olmuşdur.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat geniş yayılmışdı. Meşəliklərin təsərrüfat baxımından böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Ardanış ərazisində əsasən kolluqlar, eləcə də Adatəpədə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrin ikinci yarısına qədər Ardanışın şərq və cənub tərəflərində sıx meşəliklər mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyətinin nəticəsində həmin meşəliklər məhv edilib. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişib, bu isə öz növbəsində heyvanat və bitki aləminə təsirsiz ötüşməyib. Ada təpədə çoxlu bitki növü qeydə alınmışdır. Oradakı kol bitkilərindən alaçəhrə, tuvulğu, qarağac, ardıc, qaraqoyungözü, qatırquyruğu, dovşan alması, itburnu, yemişan, dovşanalması, zirinc, gərməşov , kol armudu, meşə xirniyi, başınağacı, və s. kol meyvələri yetişir. Göyçə gölünün sahilində salınmış meşə zolağında şam, iydə, akasiya, çinar, qızıl söyüd, qarağac ağacları və çaytikanı (kol bitkisi) təbiətə xüsusi bir gözəllik bəxş edirdi. Ardanış ərazisində yarımsəhra (yovşan, gəvən və s.), dağ-bozqır bitkiləri (kəklikotu, çaşır və s.), çoxlu yabanı dərman bitkiləri yetişir ki, bu da xalq təbabətinin geniş inkişafına səbəb olmuşdur.

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Ardanış ərazisində sincab, canavar, tülkü, çaqqal, porsuq, kor siçan, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Keçmişdə kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. Son dövrlərdə də "Adatəpə" ərazisində maral sümükləri və buynuzlarının qalıqları tapılırdı. "Maralbaşı" toponimi də bununla bağlı yaranmışdır. Sonralar həmin meşəliklər insan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin bir qisminin kökü kəsilmişdir. Məməli heyvanlardan əlavə, Ardanış ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara gəlincə, bu sahədə vaxtilə kifayət qədər elmi-tədqiqat işləri aparılmadığından müvafiq məlumatları bu gün elmi mənbələrdən əldə etmək mümkün deyildir. Lakin müşahidələrimiz söyləməyə əsas verir ki, Ardanış ərazisindəki torpaqlarda yüzlərlə həşərat növü yaşayırdı.

Torpaq növləri

[redaktə | mənbəni redaktə et]

Ardanışın müəyyən ərazilərində şabalıdı torpaqlar yayılıb. Bu torpaqlar dağ-qara torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15–20% olan torpaqlar sarı torpaqlardır. "Sarı güney", "Puş yeri" və "Sarı yal" adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən Ardanışın şimal hissəsinə aid edilir. Meşə və kolluqlarda boz-qəhvəyi torpaqlar yayılıb. Ardanış və ətraf kəndlərin torpaq örtüyü elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən ötən əsrin 60–70-ci illərində geniş tədqiq olunmuşdur.

Təbii sərvətlər və faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

Ardanış ərazisindəki meşə və su ehtiyatlarından əlavə, tikinti işləri üçün qum və daş ehtiyatı da mövcuddur. Zəngin əhəng daşı ehtiyatları tikintidə bu materiala olan ehtiyacın 90–95%-ni ödəməyə imkan verirdi. Sadəcə, divarın tin hissələrində az miqdarda mişar daşına ehtiyac duyulurdu. Nəticədə ev və ya təsərrüfat tikilisi olduqca ucuz başa gəlirdi. Sovet dövründə Ardanış ərazisində faydalı qazıntı çıxarılmırdı. Hazırda Ardanışdan əhəng, perlit və sement istehsalı üçün xammal Axta şəhərindəki müəssisələrə daşınır. Hələ sovet dövründə İrəvan metropoliteninin stansiyalarından birinin üzlük daşları Ardanışdan (Çal ərazisindən) aparılan qranitdən çəkilmişdi. Buradakı daş ən bahalı və keyfiyyətli qranit növlərindəndir. Çalda torpağın üstündə günəş şüaları altında bərq vuran xırda hissəciklər müşahidə edilirdi, orada diadomit (sement istehsalında əlavə xammal), obsidian (şüşə istehsalında istifadə edilir), xromit (qara metal) yataqları var. Qonşu Şorca kəndinin yaxınlığında xromit istehsalı isə hələ keçən əsrin 50-ci illərindən həyata keçirilirdi.

Su mənbələri

[redaktə | mənbəni redaktə et]

Ardanış ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin ərazisində gözələr nəzərə alınmamaqla 98 bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur. Məişət və təsərrüfat əhəmiyyətli iki çay yaşayış məntəqəsinin bilavasitə içərisindən keçir. Cüllab (buradan axan su soyuq, ləzzətli və təmizdir.) kəndin içərisi ilə şimaldan cənuba, Qara çay kəndin içərisində qərbdən şərqə doğru axır. Bu çay öz mənbəyini quzeydən aldığı üçün onun adını Qara çay qoyublar. Sıldırım qayalığın dibindən çıxan gur bulağın suyu ilə qidalanan bu çay da 1918-ci ildə erməni təcavüzünə məruz qalıb. Belə ki, qana susayan daşnak cəlladları bulağın gözünü dərin qazıb və keçə basdırıblar. Nəticədə yeraltı lay vasitəsilə suyun istiqaməti dəyişib, bulağın suyu da azalıb. Görünür ermənilər bilirdilər ki, bu bulaq, bu torpaq onlarınkı deyil və olmayacaq da. Bu barədə qocalar söhbət edirdilər. Bəşəriyyət tarixi araşdırılsa, bəlkə də indiyə qədər belə vəhşilik törədilməmişdir. Suvarmada və məişətdə XX əsrin 80-ci illərinə qədər bu iki çaydan istifadə edilib. 1980-ci illərdən sonra Göyçə gölündən suvarma məqsədilə iki boru xətti çəkilmişdi.

Ardanış yarımadası

[redaktə | mənbəni redaktə et]

22000 hektar ərazini əhatə edən Ardanış yarımadası Ardanış kəndindən cənub-qərbdə, Göyçə gölünün şimalında yerləşir. Nərədüz burnuArdanış yarımadası arasındakı məsafə 8 kilometrdir. Burada Göyçə gölü iki hissəyə — böyük və kiçik hissəyə ayrılır. Burada endemik və nadir bitki növləri də daxil olmaqla, 1000-ə yaxın bitki növü, o cümlədən 94 növ ağac və kol bitkisi qeydə alınıb. Bu yarımadanı üç əsas zonaya bölmək olar: sahil zonası (şam, iydə, qarağac və s.) ağaclar, orta hündürlüklü zona (20–100 metr) ərazilər və 100 metrdən yuxarıda yerləşən alp zonası –çəmənliklər. Burada ən hündür yer (2460 metr) Koroğlunun başı adlandırılan zirvədir. Bu zirvədən baxanda Göyçə gölünün sahili boyu (perimetri boyu) salınmış bütün yaşayış məntəqələrini açıq havada seyr etmək mümkündür. Yuxarıda qeyd olunduğu kimi bu yarımadanın Ardanışa aid hissəsində qədim alban kilsəsinin və Adatəpə adlı kəndin qalıqları, eləcə də Keçili deyilən ərazidə siklop formalı Qalaça var idi. Ardanış yarımadasında 30-a yaxın toponimi (təkcə Ardanış ərazisindəki toponimlər nəzərdə tutulur. – müəlliflər) əhatə edən füsunkar təbiət guşələri mövcuddur. Buranın əlverişli iqlimi, coğrafi mövqeyi və ecazkar təbiət mənzərələri hələ sovetlər dönəmində burada o zaman üçün ittifaq əhəmiyyətli iki pansionat – Ardanış kəndinin yaxınlığında və Üçdaş deyilən ərazidə (qonşu Şorca kəndinin yaxınlığında) tikilməsinə səbəb olmuşdu. Ermənistan hökumətinin qərarı ilə 1979-cu ildə bura Sevan milli parkının 4-cü sahəsinə aid edilmişdir. Nə qədər qəribə və acı səslənsə də, qədim oğuz yurdunda ermənilərə aid "milli park" salındı – təəssüf ki, bu reallıqdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1931-ci ildə Ardanış kəndində Ardanış kolxozu yaradıldı. Uzun illər boyu fərdi təsərrüfatla məşğul olan əhali öz əmlakının bir hissəsini (kotan, cütə və öküz, yem, ot və s.) guya könüllü şəkildə kolxoza verərək bu kollektiv təsərrüfata üzv yazılmaq məcburiyyətində qaldı.

Kolxoz təsərrüfatının mənfi və müsbət cəhətləri var idi. Kolxoz əvvəllər kasıb və ya fərdi təsərrüfatı olmayan şəxslərə sərf edirdisə, böyük fərdi təsərrüfata malik olanlara isə sərf etmirdi. Üstün cəhətlərdən biri də o idi ki, kolxoz dövründə yeni məşğulluq sahələri yaradıldı və təsərrüfatın digər istiqamətləri (bağçılıq, arıçılıq, quşçuluq, tütünçülük və s. sahələr) inkişaf etdirildi. Tütünçülük və quşçuluq (toyuq fermaları) XX əsrin 40-cı illərindən, arıçılıq və bağçılıq isə əsrin ikinci yarısından etibarən inkişaf etməyə başladı. 1964-cü ildə Ardanış kəndində ilk dəfə olaraq 3,5 km uzunluğunda dəmir borularla su xətti, 1964-cü ildə su anbarı, 1964–65-ci illərdə 450 yerlik klub binası tikilmişdi.

1977-ci ildə Ardanış kolxozu sovxoza çevrildi. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, kolxozun mülkiyyəti sovxoza verilərkən qanuna uyğun olaraq əhaliyə kompensasiya ödənilməli idi. Çünki kolxoz mülkiyyəti kənd əhalisinin mülkiyyəti əsasında formalaşdırılmışdı və illər keçdikcə həcmi artmışdı. Bu ermənilərin düşünülmüş siyasəti idi və təbii ki, kənddəki rəhbər işçilər, eləcə də kolxozçular etirazını bildirmək imkanından məhrum idilər.

1977-ci ildə Ardanış kolxozu sovxoza çevirilmişdir. Ardanış kəndində sovxoz yaradıldıqdan sonra, qısa müddət ərzində yeni təsərrüfat strukturları yaradıldı və infrastruktur tamamilə yeniləndi. Ardanış kənd mədəniyyət evi yüksək səviyyədə təmir edildi, yeni inzibati idarə binası, o dövr üçün müasir heyvandarlıq kompleksləri, yem sexi, heyvandarlar üçün istirahət guşəsi (Qırmızı guşə), böyük univermaq tikilib istifadəyə verildi. 200 nömrə tutumlu ATS istifadəyə verildi, Yeni içməli su xətti istismara verildi, suvarma sistemi yaradıldı. Tikintinin geniş vüsət alması əhalinin məşğulluğuna da təsir edən amillərdən biri idi. Ona görə də əhalinin bir qismi kənar yerlərdə işləmək məcburiyyətindən qurtuldu.

Ardanış sovxozu iqtisadi göstəricilərinə görə rayonun qabaqcıl təsərrüfatlarından biri olub. Bu isə son nəticədə əməkçilərin mükafat şəklində əlavə gəlir əldə etməsi demək idi. Əhalinin pul gəlirləri kolxoz dövrünə nisbətən olduqca böyük idi. Səbəb isə sadə idi: əmək məhsuldarlığının və istehsalın artması.

1986-cı ilin göstəricilərinə əsasən Ardanış sovxozunda müxtəlif markalı 15 traktor, 2 kombayn, 9 yük maşını, 2 minik maşını (UAZ, avtobus) 10 ədəd traktor qoşqusu, 24 ədəd digər kənd təsərrüfatı avadanlıqları olmuşdur. Sovxozun 15000 baş qoyun və 5000 baş iribuynuzlu mal-qarası olmuşdur.

Ardanış kəndində əhalinin sosial təbəqə baxımından bölgüsü və təsərrüfat həyatı ictimai-siyasi quruluşdan asılı olaraq, müxtəlif forma (fərdi kəndli təsərrüfatları və 1930-cu ildən sonra ictimai təsərrüfatlar – kolxoz və sovxozlar) kəsb etmişdir.

Ardanışda çay axarları boyunca demək olar ki, məhəllələrin və tayfaların hər birinə məxsus bir və ya iki su dəyirmanı olub. Su dəyirmanlarının çoxu XX əsrin 30-cu illərinə qədər fəaliyyət göstərib. Ardanış kəndindəki dəyirmanlar təkcə Ardanış kəndinin, habelə qonşu kəndlərin də əhalisinə xidmət edib. Ardanışda 15 dəyirman işləyib. Maldarlıq və qoyunçuluq: Heyvandarlıqla məşğul olanlar yarımköçəri həyat tərzi keçirirdilər. Müxtəlif yerlərdə yaylaq, oba yerləri olan kənd əhalisinin Ardanışdan kənarda . Anağız oğlun, Melişoya, Ağmanqana, Almalı dərəsi, Tək ağac ardanışlıların yaylaq yerləri olub. Heyvandarlıqla geniş şəkildə məşğul olanlar yayın əvvəlində yaylağa köçər, payız girəndə isə kəndə qayıdarlarmış. Kolxoz qurulana qədər bu ənənə davam etdirilib. Kolxoz dövründə isə yaylaq və qışlaq yerlərində fermalar tikilməsi, nəqliyyatın inkişafı köçəriliyin aradan qaldırılmasına səbəb oldu.

Ardanış kəndində XX əsrdə təşəkkül tapmış təsərrüfat sahəsidir. Bağçılığın gec inkişaf etməsinin obyektiv səbəbləri olmuşdur. Əhalinin xeyli hissəsi heyvandarlıqla məşğul olduğundan yarımköçəri həyat tərzi sürürdülər. Ona görə də müvafiq mövsümdə bağçılıqla məşğul olmağa imkan yox idi. İqlim şəraiti elə idi ki, bağçılıqla məşğul olub dolanışacağı təmin etmək mümkün deyildi. Bu səbəbdən də əhali daha çox fayda gətirən təsərrüfat sahəsi ilə məşğul olmağa üstünlük verirdi. Lakin kollektivləşmədən sonra Ardanışda ilk bağlar yaranmağa başladı. Sonralar demək olar ki, hər bir evin həyətyanı sahəsində bağ salınmışdı və müxtəlif alma, armud, gavalı, ərik, qoz ağacları üstünlük təşkil edirdi. İqlim şəraitinin sərt olmasından burada bağşılıq və bostançılıq geniş inkişaf etməmişdir. Kolxozun böyük meyvə bağı olub. Lakin sovxoz dövründə təsərrüfatın rentabelliyini artırmaq baxımından həmin bağ sahəsi ləğv edilmiş və yerində əkin sahəsi yaradılmışdır. Artıq əmək günü bölgüsü ləğv edilmişdi, bu bağdakı meyvələrin tədarükü isə dövlət təsərrüfatı sayılan sovxoz üçün çox da böyük gəlir gətirmək imkanına malik deyildi.

Nəqliyyat vasitəsi kimi at, ulaq, öküz və at arabalarından (furqondan) istifadə edilib. Öküz arabaları iki və ya dörd təkərli olub. Dördtəkərli arabalarda daha çox yük daşımaq mümkün olub. Hər arabaya boyunduruq vasitəsilə iki öküz qoşulurmuş. Fərdi təsərrüfatlarda, sonradan isə kolxozda XX əsrin 50-ci illərinə qədər öküz və at arabalarından istifadə edilib. Öküz arabaları son dövrlərə qədər saxlanılırdı. Güclü qar yağdıqda, yük avtomobillərinin hərəkəti mümkün olmadıqda xırmandan kəndin başındakı fermalara ot-ələf daşımaq üçün bu arabalardan istifadə edilirdi. Kolxozun altı briqadasının hər birində 50-yə yaxın öküz olub. 1950–1952-ci ilə qədər Göyçə gölü ətrafında münasib quru yolu və sürətli nəqliyyat vasitəsi olmadığı üçün Göyçə gölündə işləyən paroxod nəqliyyat vasitəsi kimi əvəzsiz idi. Yelenovkaya, qəza mərkəzi sayılan Kəvərə, Nərədüzə getmək üçün bərədən istifadə edilib. Qonşu Şorca ərazisində liman yerləşirmiş. Əhali bu limandan geniş surətdə istifadə edib. Üç gəmi işləyirdi. Ən böyük gəmi ikimərtəbəli idi, 200–250 sərnişin götürmək qabiliyyətinə malik idi. Digər iki gəmi isə 50–60 nəfər tuturdu. Yüklər isə barjla daşınırdı. Barj sərnişin gəmisinin arxasına qoşulan mühərriksiz böyük gəmi idi. Həmin barjlardan biri Göyçə gölünün Ardanış körfəzində istifadəsiz olaraq son dövrlərə qədər qalmaqda idi.

Tarixi qaynaqlardan bəlli olur ki, Ardanış ərazisində məskunlaşma eramızdan əvvəl III–II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində dəmir yolu çəkilərkən, kəndin cənub-qərbindəki Sarı güney ərazisində qazılan böyük xəndəyin dib 1980 ve 1990-cı illerde Kəndə Yaşayan Bütöv Azərbaycanlılar Ermənistan Respublikası tərəfindən Məcburi Köçürülmüşdür Hal Hazırda Kənd Sakinlərinin Böyük Əksəryati Gədəbəy Rayonun Nova İvanovka Kəndində yaşayırlar

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ardanışlı şəhidlər

[redaktə | mənbəni redaktə et]
  • Oqtay Ayvaz oğlu Kərimov (20 yanvar şəhidi)
  • Orucova Rahilə Əli qızı
  • Əliyev Hidayət Məcid oğlu 
  • Əsgərov Niyazi İsabala oğlu
  • Hacıyev İlham Xalıqverdi oğlu
  • İbrahimov Ədalət Tanrıverdi oğlu
  • Süleymanov Fəxrəddin Kamil oğlu
  • Abdullayev İsmixan Yunis oğlu
  • Hüseynov Arif Qasım oğlu
  • Türkay Hüseynli — Azərbaycan Respublikası Daxili Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı, şəhid.
  • İbrahimov Məhərrəm Əli oğlu — şəhid jurnalist

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]