Arden əməliyyatı (alm.Ardennenoffensive) — İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin apardığı hərbi əməliyyat. 16 dekabr 1944-cü ildən - 29 yanvar 1945-ci ilə qədər Ardenlərdə (Belçikanın cənub-qərbində) aparılan bu hərbi əməliyyat Qərb cəbhəsindəki vəziyyəti dəyişdirmək, Belçika və Hollandiyadakı ingilis-amerikan silahlı qüvvələrini məğlub etmək, bəlkə də ABŞ və İngiltərəni sülh danışıqlarını və hərbi əməliyyatların bitməsinə inandırmaq məqsədilə keçirildi.