Arikaralar – ABŞ-də (Şimali Dakota ştatının Fort-Bertold rezervasiyasında) yaşayan keddo qrupundan hindi xalqı.
Sayları 700 nəfərdir (1995). Arikara dilində danışırlar. İngilis dili də yayılmışdır. Dindarları protestantdır. Ənənəvi dinləri şamanizm idi. Qırılıb-yandırılmış əkinçilik, bizon ovu, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Çeyenlər və dakotalarla mübadilə ticarəti aparan Arikaralar qarğıdalı, tütün, at və qatır müqabilində onlardan silah, balta, qazan alırdılar. Arikaraların yaşayış məskənləri çay sahillərində yerləşirdi. Muasir Arikaraların qismən muxtariyyətləri var; maldarlıq, fermer təsərrüfatı, xırda sahibkarlıq və muzdlu işlə məşğuldurlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |