Arktotis

Arktotis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arctotis (lat. Arctotis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Bioloji xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Bitkinin əyilmiş yarpaqları heyvan qulağına oxşadığına görə yunanlar onu "ayıqulağı" adlandırmışlar. Məlum olan 30 növdən ikisi gülçülükdə geniş istifadə olunur. Hibrid arktotis (A.x hybrids) bitkinin müxtəlif növlərinin hibridləşdirilməsi nəticəsində alınmışdır. Çoxillik olmasına baxmayaraq, bitki birillik kimi yetişdirilir. Çiçəklərin rənginə görə müxtəlif formaları vardır. Stexas yarpaqlı arktotis (A.stoechadifolia) hazırda əvvəlki şöhrətini itirib, lakin onun iri hamaşçiçəkli, ağ, sallaq yarpaqlı kol formaları gülçülükdə istifadə olunur. Kök ətrafı rozetə yığılan yarpaqları gövdə yarpaqlarından böyükdür. Çiçəklərinin yuxarısı ağ, aşağısı mavi rəngdə olub, tək-təkdir. Bitki toxumla çoxaldılır. Toxumdan alınmış cücərtiləri seyrəltmək lazımdır. Arktotis quraqlıq sevən bitki olub, iqlimi yağışlı və rütubətli olan ərazilərdə becərilməsi məqsədəuyğun deyildir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Anemonospermos Boehm.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Antrospermum Sch.Bip.
  • Cleitria Schrad.
  • Damatris Cass.
  • Lycotis Hoffmanns.
  • Odontoptera Cass.
  • Stegonotus Cass.
  • × Venidioarctotis A.P.Balf.
  • Venidium Less.