Arno Breker | |
---|---|
ing. Arno Breker | |
| |
Doğum tarixi | |
Doğum yeri | Elberfeld, Almaniya İmperiyası |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Düsseldorf, Almaniya |
Dəfn yeri |
|
Milliyyəti | Alman |
Fəaliyyəti | memar, heykəltaraş, siyasətçi, universitet müəllimi[d], qrafika ustası[d] |
Partiyası | |
Tanınır | Rəssam, heykəltaraş |
Vikianbarda əlaqəli mediafayllar |
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[1][2][…] – 13 fevral 1991[2][3][…], Düsseldorf[4][5]) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi.
Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir.
1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur. 1938–45-ci illərdə Reyx dəftərxanası üçün monumental heykəl sifarişlərini yerinə yetirmiş, Berlindəki Zəfər tağının relyeflərini (hündürlüyü 10 m, uzunluğu 240 m; memar A. Şpeerlə birlikdə), nasist rəhbərlərinin, alman və fransız incəsənət xadimlərinin portretlərini, həmçinin mifoloji və dini mövzularda əsərlər (tunc, mərmər) işləmişdir. 1940-cı ildə Prussiya Rəssamlıq Akademiyasına üzv seçilmişdir; Berlin Rəssamlıq İnstitutunda (1937–45) dərs demişdir. 1945-ci ilədək olan əsərlərinin çox hissəsi itmişdir. İkinci Dünya müharibəsindən sonra dağılmış alman şəhərlərinin bərpasında memar kimi işləmişdir; 1960-cı il dən Parisdə yaşamışdır. 1976-cı ildən Olimpiya silsiləsi üzərində işləmiş, ideallaşdırılmış atlet obrazlarını yaratmışdır. Breker yaradıcılığında neoklassisizm və neoromantizm təmayülləri birləşmişdir. 1985-ci ildə Kölndə Breker muzeyi açılmışdır.[6]
Arno Breker iki dəfə evlənib. Onun ilk həyat yoldaşı Demetra Messala yunanıstanlı model idi. 1956-cı ildə bir avtomobil qəzasında ölmüşdü. 1958-ci ildə Karola Kluq ilə yenidən evləndi. Cerart (1959) və Karola (1962) adlı iki övladı var idi. Breker 1991-ci ildə ölümünə qədər Karola Kluq ilə yaşamışdı.[7]