Arnold Fank | |
---|---|
alm. Arnold Heinrich Fanck | |
Doğum tarixi | 6 mart 1889[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 1974[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, montajçı[d], kino aktyoru, rejissor |
Fəaliyyət illəri | 1920–1944 |
IMDb | ID0266691 |
Vikianbarda əlaqəli mediafayllar |
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck; 6 mart 1889[1][2][…], Frankental[d], Bavariya[3] – 28 sentyabr 1974[1][2][…], Frayburq-im-Braysqau[3]) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi.
Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər. Bu zaman rejissor altı tammetrajlı bədii film və bir neçə qısametrajlı sənədli film çəkmişdir.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Arnold Fank 1933-1945-ci illərdəki fəaliyyətinin araşdırılması ilə bağlı İstintaq Komitəsinə ifadə verməyə məcbur olsa da, bəraət almışdır. Üç il meşə biznesi ilə məşğul olmuş, sonra şəxsi həyatına qərq olaraq xatirələrini yazmış, ömrünün sonunda bir müddət Almaniyada televiziyada çalışmışdır. Sonradan kinemotoqrafiyaya qayıtmağa müvəffəq olmadı.
Müasir kulturoloqlar və kino tarixçiləri Arnold Fankın filmlərini nəinki rejissorun yaratdığı bədii obrazların xüsusiyyətlərini müəyyən etmək üçün təhlil edirlər, həm də onları filmin fəlsəfi və estetik konsepsiyaları ilə əlaqələndirirlər.