Arnold Gelen

Arnold Gelen
Doğum tarixi 29 yanvar 1904(1904-01-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 yanvar 1976(1976-01-30)[1][2][…] (72 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arnold Gelen (29 yanvar 1904[1][2][…], Leypsiq, Saksoniya30 yanvar 1976[1][2][…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri.

Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır.

Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”‎) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikrincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.

Gelen praqmatizmin təsiri ilə özünüreallaşdırmanı yeganə üsul hesab edir və insan vəhdətini bu fəaliyyət anlayışı vasitəsilə müəyyənləşdirir. İnsan fəaliyyət göstərərək ikinci təbiət olan mədəniyyəti yaradır, beləliklə, özünü onun vasitəsilə reallaşdırır. Fəaliyyət anlayışı Gelenə institutlar haqqında təlimə keçməyə imkan verdi və fəaliyyət motivinin öz obyektiv məqsədindən ayrılmasını institutların yaranması üçün zəmin hesab edirdi.

1970-ci illərdə Gelen Almaniyada neomühafizəkar ideologiyanın liderlərindən biri olmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Arnold Gehlen // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.