Aromunlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Arumun dili |
![]() |
Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun. Αρμάνοι/Βλάχοι, bolq. Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.[1]
Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.000[2]-dən 300.000[3]-ə qədərdir.[4] 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi.[5] Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.
Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000[6]-dən 200.000[6][7]-ə qədərdir.[8] 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.[9]
Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir.[6] Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi.[10] 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.[10]
1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır.[11] Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.[6]
Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000[12]-50.000[13] nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601[12][14] nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036[12] nəfər olmuşdur.
Etnik aromunlar | Makedoniyada əhalinin siyahıyaalınma illəri | |||||||
---|---|---|---|---|---|---|---|---|
1948-ci il | 1953-cü il | 1961-ci il | 1971-ci il | 1981-ci il | 1991-ci il | 1994-cü il | 2002-ci il | |
Sayı | 9 511 | 8 668 | 8 046 | 7 190 | 6 392 | 7 764 | 8 601[12] | 9 695 |
<ref>
teqi; Αποτελέσματα της απογραφής του πληθυσμού της 7ης Απριλίου 1951
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; 1.1.13. Popullsia banuese sipas përkatësisë etnike dhe kulturore
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Hungarians in Transylvania between 1870 and 1995: Supplementary Tables
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; 1-15 oktyabr
adlı istinad üçün mətn göstərilməyib