Aron Ralston

Aron Ralston
ing. Aron Lee Ralston
Doğum tarixi (49 yaş)
Doğum yeri Marion, Ohayo, ABŞ
Həyat yoldaşı Jessica Trusty (2009-)
Uşaqları Leo Ralston (d: 2010), Elisabetta Shannon (d: 2013)
Atası Larry Eugene Ralston
Anası Donna Pearl Anderson
Milliyyəti Amerikalı
Təhsili Karnegi Mellon Universiteti, Pittsburq, Pensilvaniya
Fəaliyyəti mühəndis, spiker-motivator[d], alpinist, avtobioqraf[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aron Lee Ralston (27 Oktyabr, 1975), amerikalı alpinist, mühəndis.

Ralston, 2003-cü ildə cənubqərbi Utahda kanyon səyahəti zamanı başına gələn qəzadan qurtulması ilə tanınmışdır. Sağ qolu qaya parçası arasında sıxışdığına görə beş gün yeddi saat ərzində kanyonda qalan amerikalı, qurtulmaq üçün yanındakı kiçik bıçaqla qolunu kəsmək məcburiyyətində qaldı. Sıxışdığı yerdən qurtulduğdan sonra, güvənli bölgəyə keçmək üçün təxminən 20 mert yüksəklikdəki dik qayalıqdan aşağı enməli oldu.[1]

27 oktyabr 1975-ci ildə anadan olmuş Ralston, hələ 11 yaşındaykən ailəsi ilə birlikdə Denverə yerləşdi. Koloradonun Greenwood Village bölgəsindəki Cherry Creek Orta məktəbindən məzun oldu. Daha sonra Pittsburqdakı Karnegi Mellon Universiteti maşın mühəndisliyi və fransızca bölmələrindən məzun oldu. 2002-ci ildə həyatını dağçılığla keçirmək üzrə İnteldəki işindən ayrıldı. Hədəfi Koloradonun bütün fourteenerlərinə (14.000 fitten yüksək zirvələr. Sayları təxminən 53–54 dənədir.) qışda, ən yüksək zirvələrinə dırmaşmaqdır. Ralston qəzadan sonrakı həyatında bu hədəfinə çata bilmişdi. Ralston 2009-cu il Avqust ayında Jessica Trusty ilə ailə həyatı qurmuşdu; ilk uşaqları Leo Ralston 2010 Fevralda, ikinci uşaqları Elisabetta Shannon isə 2013-cü ildə dünyaya gəldi.[2][3][4]

Aron Ralston 26 aprel 2003-cü ildə, Utahın Wayne County bölgəsinin şərqində, Kanyonlends Milli Parkındakı Horseshoe Kanyonunun cənubundakı Blue John Kanyonundan keçmək üçün oraya gəlmişdi. Aşağı düşərkən üzərini ayağladığı böyük qaya parçası yerindən oynadı. Ralstonun sağ əli və qolunun ön hissəsi əzildi və qaya ilə kanyon divarı arasında sıxışıb qaldı.[5] Kanyona gedəcəyini heç kəsə deməyən amerikalı, buna görə də kimsəni axtarmayacaqdı orada.

Ölümü düşünən dağçı, bir yandan qolunu qurtarmağa çalışarkən, yanında qalan suyu, təxminən 350 ml, az-az istifadə edərək beş gün keçirdi. Qolunu xilas etmə cəhdləri 360 kq ağırlığında olan qaya qarşısında faydasız olmuşdu. Üç gün boyunca qayanı qaldırmağa və hər hansı bir yolla qırmağa çalışan Ralston, susuzluğ və ruh halının təsiri ilə, sıxışan qolunun ön hissəsini kəsmək üçün hazırladı. Turniket ilə yoxlamalar edən Ralston, ilk gün qolunda sadəcə kiçik kəsiklər yarada bildi. Dördüncü gündə qolunu sümükdən ayırmasının gərəkdiyini, lakin əlindəki alətlərin buna yetməyəcəyini anladı.

Beşinci gündə suyu tükənən Ralston, kanyon divarına adını, doğum tarixini və təxmini ölüm tarixini cızıdı. Ailəsinə son sözlərini videoya qeyd etdi. Gecədən sağ çıxacağını düşünmürdü. Bir sonrakı gün sabah oyanınca sümüyünü qıra biləcəyini yenidən düşündü. Bunuda bacaran amerikalı, iki kiçik kor bıcağı ilə təxminən bir saata qolunu kəsdi.

Ralston sıxışdığı yerdən qurtulsa da, hələ maşınına getməli idi. Düşdüyü yerdən dırmaşaraq çıxdıqdan sonra, təxminən 20 metrlik yamacdan aşağı tək əli ilə enməyi bacardı. Ardından kanyonu günəş şüaları altında yeriməyə başladı. Maşınından 13 km qədər uzağdaydı. Yeridiyi zaman Erik və Monika Meyer adlı cütlüyə və oğulları Endi ilə rastlaşdı. Hollandiyalı ailə Ralstona su verdi və lazimi yerlərə xəbər verdi. Ralston qan itirərək öləcəyini düşünsədə, ailəsinin itmiş bildirişi ilə yeni axtarışa başlamış xilasetmə heyəti, helikopterlə gələrək, qolunu kəsməsindən 6 saat sonra onu qurtardı.

Dağçılıq macəraları

[redaktə | mənbəni redaktə et]
Ralston orta Kolorado dağlarında, Aspen, 2009.

Ralston qəza sonrasındada dağlara dırmaşmağa davam etdi. Çilidəki Ojos del Salado və Argentinadakı Monte Pissis 2008-ci ilindəki turda dırmaşdığı dağlar arasındaydı.[6] 2005-ci ildə, 1997-ci ildə başladığı və Blue John kanyonundkı qəzasından sonra da davam etdirdiyi proyekti çərçivəsində, Koloradodakı 53 fourteenerin hamısına, qışda və yalnız başına dırmaşan ilk adam oldu.[7][8][9]

Ingilis rejissor Danny Boyle, Ralstonun başına gələnlərdən danışılan 127 saat adlı bir film çəkdi. 2010-cu ilin Mart və Aprel aylarında çəkilişləri olan film, Nyu-York ilə Los-Ancelesda 5 noyabr 2010-cu ildə izlənilməyə başladı. Filmin büdcəsi Fox Searchlight Pictures tərəfindən təmin olundu. Filmdə Ralstonu Ceyms Franko canlandırdı. Film TellurideToronto film festivallarında böyük rəğbət qazandı. Torontodakı seansda, filmin son qol kəsmə səhnəsində izləyicilər arasında ürəyi gedənlər oldu. Film Oskar mükafatı, Ən yaxşı film və Ən yaxşı kişi aktyor da daxil olmağla altı növdə Oskara namizəd olmuşdu. Ralston 127 Saat filminin gerçəkliyi mövzusunda "o qədər gerçəyə uyğundur ki, bir yandan dram olaraq qalarkən, digər yandan bir sənədli filmə ancaq bu qədər yaxınlaşmaq olar" demiş və "çəkilmiş ən yaxşı film" olaraq gördüyünü əlavə etmişdi.

  1. Duncan Campbell (2003–05–03). "Mountaineer trapped by boulder amputated arm with pocketknife" Arxivləşdirilib 2013-04-09 at the Wayback Machine (13 dekabr, 2013-cü il)
  2. Inbar, Michael (2009–12–08). "Hiker who cut off arm: My future son saved me — TODAY People — People: Tales of survival" Arxivləşdirilib 2010-04-17 at the Wayback Machine Today.msnbc.msn.com. (19 oktyabr, 2010-cu il)
  3. "Pick Me Up CATCH-UP" Arxivləşdirilib 2010-09-01 at the Wayback Machine Pick Me Up magazine. (19 oktyabr, 2010-cu il)
  4. "Aron Ralston Interview – The Man Who’s (sic) Real Life Story Danny Boyle’s upcoming Movie ’127 Hours’ Is Based On" Arxivləşdirilib 2010-10-11 at the Wayback Machine Flicks and Bits. (08 oktyabr, 2010-cu il)
  5. "The Daily Mirror" Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine Los Angeles Times.
  6. Howell, Peter (2010–11–11). "Between a rock and a happy place" Arxivləşdirilib 2010-11-15 at the Wayback Machine The Star (Toronto).
  7. ""14ers.com • Colorado 14ers"". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  8. "My Summit Problem" Arxivləşdirilib 2011-05-26 at the Wayback Machine 2007–03–21.
  9. "14ers.com" Arxivləşdirilib 2015-05-16 at the Wayback Machine 2010–11–07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]