Arpa (bitki)

Arpa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arpa (lat. Hordeum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.

Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar.

Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir.

Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar. Pivəlik arpanın pərdəliyi 8-10% və cücərmə enerjisi 95% olmalıdır. Pivəlik məqsədi üçün ikicərgəli arpa becərilir. Pivəlik arpanın tərkibində zülal 7-9%, nişasta isə 78% olduqda daha əlverişlidir. 1000 ədəd toxumun kütləsi 40-45 q olmalıdır.

Yayılması və məhsuldarlığı

[redaktə | vikimətni redaktə et]

Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim şəraitində becərməyə imkan verir. Ona görə də bu bitki dünyada geniş yayılmışdır. Dünya miqyasında arpanın əkin sahəsi 100 mln hektara yaxındır. Ən çox əkin sahələri yer kürəsinin şimal yarımkürəsində, xüsusilə, Kanadada (4-5 mln/ha), ABŞ-də (3-4 mln/ha), İspaniya, Fransa, İngiltərə, həmçinin Cənubi AmerikadaMərakeşdədir. Əkin sahəsinə buğda, çəltikqarğıda­lı­dan sonra arpa 4-cü yeri tutur. Yazlıq arpanın məhsuldarlığı 15-16 sentner, payızlıq arpanın məhsuldarlığı isə 20-22 s/ha-dır. Respublikamızda onun əkin sahəsi 243286 hektar, ümumiməhsul istehsalı 621811 ton və hektardan orta məhsuldarlıq (2008 –ci il) 25,8 sentner olmuşdur. Arpa bitkisi eyni zamanda Şimali Qafqazda, Belarusiyada, UkraynadaOrta Asiya respublikalarında becərilir.

Arpanın 30 növü məlumdur. Azərbaycanda arpanın Pallidium –596, Qarabağ-7, Naxçıvandəni-310, Siklon sortları becərilir.

Botanıki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Arpa * {{bt-azlat||Hordeum cinsinin 3 növü mədəni becərilir. * {{bt-azlat||Hordeum vulqare, H. distichon, H. intermedium.

Arpanın cücərtiləri tüstüvari yaşıl rəngdədir. Yarpağının qulaqcıqları çox iri olub bir-birinin üzərinə keçir. Sünbül oxunun hər pilləsində üç sünbülcük əmələ gəlir. Çiçək qrupu sünbüldür. Sünbülcüyü bir çiçəklidir. Çiçəyində 3 erkəkcik bir dişicik vardır. Sünbülcük pulcuqları xırda, ensiz-lansetvaridir. Çiçək pulcuqları dənə yapışır. Xarici çiçək pulcuğunun nəhayətindən qılçıq çıxır. Öz-özünü tozlayandır.

Bioloji xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Payızlıq arpanın vegetasiya dövrü 280-300 sutka, yazlıq arpanınkı isə 55-110 sutkadır.

Arpa bitkisinin toxumları 1-2oC temperaturda cücərməyə başlayır. Cücərmə üçün optimal temperatur 20-22oC-dir. Arpa cücərtiləri -8oC şaxtaya dözürlər. Toxum cücərmək üçün öz kütləsindən 48-50% artıq nəmliyi qəbul edir. Bitkilər - 14-16oC şaxtaya dözürlər. Çiçəkləmə dövründə temperaturun 34-36oC-yə çatması əlverişli sayılır.

Payızlıq arpa uzun gün bitkisidir. Yarovizasiya mərhələsini nisbətən qısa müddətdə keçirir. Cücərmədən 15-18 gün sonra kollanmaya başlayır. Toxum cücərərkən 5-8 rüşeym kökcüyü əmələ gətirir.

Arpa müxtəlif torpaq-iqlim zonalarında becərilir. Torpaq və qida maddələrinə tələbkardır. Gilli torpaqları sevir. İnkişafın əvvələrində fosfor elementinə daha çox ehtiyac göstərir. Fosfor və kaliumla təmin edildikdə bitkilər qışa daha çox davamlı olurlar. Torpağın reaksiyası (pH=7.0) neytrala yaxın olduqda daha yaxşı inkişaf edirlər.

Növbəli əkində yeri

[redaktə | vikimətni redaktə et]

Arpanı müxtəlif sələflərdən sonra əkmək mümkündür. Adətən təsərrüfatlarda onu qarğıdalıdan, günəbaxandan və birillik dənli-paxlalı bitkilərdən, payızlıq buğdadan, kartofdan sonra, hətta pambıq əkən rayonlarda pambıqdan sonra yerləşdirdikdə yaxşı nəticələr əldə edilir. Pivə məqsədi üçün ən çox cərgəarası becərilən bitkilərdən sonra əkilir. Ərzaq məqsədi üçün və eləcə də yem məqsədi ilə dənli taxıl bitkilərindən sonra becərilməsi daha səmərəlidir.

Mühüm aqrotexniki tədbirlərdən biri də əkinlərin gübrələnməsidir. Arpa bitkisi bir ton əsas və əlavə məhsulla torpaqdan 25-30 kq azot, 11-12 kq fosfor və 20-24 kq kalium elementi aparır. Gübrəyə həssas bitkidir. Fosforun verilməsi bitkinin qışa davamlılığını artırır. Arpa inkişafının ilk dövrlərində qida elementlərini artıq sərf edir. Borulaşma dövründə ümumi normanın 50%-ə qədərini mənimsəyir.

Fosfor və kalium gübrələri əsasən şum altında verilir. Bu gübrələr eyni zamanda arpanın pivə bişirmək keyfiyyətini yaxşılaşdırır.

Torpağın becərilməsi

[redaktə | vikimətni redaktə et]

Əsas və səpinqabağı becərmə üsulları sələflərdən və torpaq-iqlim şəraitindən asılıdır. Cərgəaraları becərilən bitkilərdən sonra torpaq 28-30 sm dərinlikdə şumlanır. Səpinə qədər alaqlarla mübarizə məqsədi üçün sahəyə kultivasiya çəkilir. Şum altına hektara 10-15 ton yarımçürümüş peyin və 1,5-2,0 sentner superfosfat verilir. Əgər sələf bitkisi payızlıq buğdadırsa məhsul yığımından sonra kövşənlik 5-6 sm dərinlikdə üzlənir, alaq toxumları cücərti verərsə üzləmə təkrar olunur və axırıncı üzləmədən sonra 25-27 sm dərinlikdə şum qaldırılır.

Səpinqabağı sahəyə toxum səpilən dərinlikdə (5-7sm) kultivasiya çəkilərək malalanır. Səpindən 10-15 gün qabaq ağır qranulometrik tərkibli torpaqlar arat edilir. Yüngül torpaqlarda səpsuvar aparılır. Əgər şum altına gübrə verilməyibsə, səpin qabağı kultivasiya altına verilir.

Toxumun səpinə hazırlanması

[redaktə | vikimətni redaktə et]

Toxum materialı toxumluq sahələrdən yığılır və təmizləyici, çeşidləyici maşınlardan keçirildikdən sonra quru ambarlarda saxlanılır. Buğda toxumu kimi xəstəlik və zərərvericilərə qarşı dərmanlanır. Bir ton toxuma 2 kq 19,5%-li baytan, 2-3 kq 75%-li vitovaks işlədilir. Toxumların səpin keyfiyyəti nəzarət laboratoriyalarında yoxlanılıb kondisiya dərəcəsinə çatdırıldıqdan sonra səpinə başlanılır.

Səpin müddəti, üsulu və normaları. Respublikamızın aran rayonlarında payızlıq arpanın optimal səpin müddəti oktyabrın 15-dən noyabrın 15-nə qədərdir. Tez səpildikdə bitkilər yarovizasiya mərhələsini başa vuraraq işıq mərhələsinə keçirlər və gövdə əmələ gətirirlər. Belə halda bitkilər qışa davamsız olurlar. Eyni zamanda bitkilər İsveç və Hessen milçəklərindən çox zərər çəkirlər. Dağətəyi rayonlarda səpini nisbətən tez keçirmək olar. Arpa bitkisinin səpini üçün adi, darcərgəli və çarpaz səpinlər aparılır. Ən səmərəlisi darcərgəli səpin üsuludur. Toxum 4-6 sm dərinliyə basdırılır.

Səpin norması torpaq - iqlim şəraitindən asılı olaraq dəyişir. Adətən hektara 3,5-4,0 mln. ədəd cücərən toxum səpilir. Bu da fiziki çəki hesabı ilə 150-170 kq-a bərabərdir. Çox sıx səpinlərdə bitkilər işıqla yaxşı təmin olmurlar. Onlar sürətlə böyüyərək yerə yatırlar. Seyrək səpinlərdə bitki sıxlığı az olduğundan məhsuldarlıq aşağı olur.

Əkinlərə qulluq

[redaktə | vikimətni redaktə et]

Qulluq işləri buğdada olduğu kimidir. Yemləmə gübrəsi verilir. Erkən yazda köndələn malalanır. Alaqlara qarşı mübarizə aparılır. Yaz yemləmə gübrəsi verilir. Boruyaçıxmanın əvvəlində 2-ci yemləmə aparılır. Aran bölgələrdə 2-3 dəfə suvarma aparılır. Suvarmanın müddəti, norma və üsulları payızlıq buğdada olduğu kimidir. Hektara 1kq 2,4-D herbisidi çilənir.

Məhsulun yığılması

[redaktə | vikimətni redaktə et]

Arpanın məhsulu buğdadan tez yetişir. Mum yetişmə fazasının sonunda məhsulu bir başa kombaynla yığırlar. Hissə-hissə yığıma 3-5 gün tez başlanılır. Yığım 5-7 gün müddətinə başa çatdırılmalıdır.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]