Artember |
---|
Artember – Midiya zadəganlarından biri olmuşdur, hansı ki, oğlu on yaşlı Kir tərəfindən təhqir edilmişdi.[1] Dəməşqli Nikolayın verdiyi məlumata görə, daha sonra o, Kiri məhkəməyə köməkçi kimi işə götürmüşdü. Herodot yazır:
"Oğlan (Kir) on yaşında olanda, onun özünü tanımasında və qavramasında təsirli olmuş təsadüfi bir hadisə baş verir. O, bir gün yaşadğı kənddə, ətrafındakı ceyranlarla oynayırdı və eyni zamanda orada onunla həmyaşıd uşaqlar da vardı. Digər uşaqlar gələcəkdə hökmdar olacağı söylənən, vilayət rəhbərinin oğlundan seçilirdi. O, oğlanlara əmrlər verməyə başladı ki, bəzisi onun evinə qulluq etsin, bəzisi onu və evini qorusun, digərləri isə katibliklə məşğul olsun. Oğlanların arasında Kirin ona etməyi əmr etdiyi işləri rədd edən Artemberin oğlu da vardı. Kir digər oğlanlara tapşırdı ki, onu tutub bağlasınlar və nə qədər ki, onun əmrlərinə tabe olmayıb şiddətli şəkildə qamçılasınlar. Artemberin oğlu azad olunduqdan sonra yavaş-yavaş öz taxtına qalxaraq təcil şəhərə gedir və Kirin ona etdiklərini təcili atasına danışır. O Kirin kim olduğunu bilmir və onu hökmdarın çobanının oğlu hesab edirdi. Artember oğlunu da yanına alaraq, Astiaqın yanına gəldi və oğluna yetirilən zədələrdən şikayət etdi. Oğlunun çiyinlərini göstərərək, o dedi, " Hökmdar, sənin nökərin, çobanının oğlu bizi tamamilə təhqir etdi."
Bu sözlərdən və danışılan əhvalatdan sonra Astiaq Artemberin xətrinə onun oğlunun qisasını almaq qərarına gələrək vilayət hakimini (I Kambiz) və oğlunu yanına çağırtdırır. Onlar hökmdarın hüzuruna gələrək təzim etdikdən sonra Astiaq gözlərini Kirin gözlərinə zilləyərək deyir:
" Beləliklə, sən kimsən ki, mənim hakimiyyətimə tabe olan ərazidə, özünü bu qədər kobud apararaq, ölkənin ən hörmətli zadəganlarından birinin oğlunu təhqir etmisən." "Mənim hökmdarım" deyə oğlan cavab verir, "Mən ona layiq olduğu cəzanı vermişəm. Mən kəndin oğlanlarıyla oynayarkən onlar tərəfindən hökmdar seçilmişəm. O da məni seçənlərdən biri olmuşdur. Bütün digər uşaqlar mənim əmrlərimə tabe oldular, lakin o, qarşı çıxdaraq onları saymadı, bundan sonra da layiq olduğu cəzanı aldı. Əgər buna görə mənə hansısa cəza veriləcəksə, mən həmin cəzanı elə burdaca çəkməyə hazıram"