Bu adın digər istifadə formaları üçün bax:
Artemida.
Artemida proqramı (ing. Artemis program) — NASAnın 1972-ci il Apollon 17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqram.
Proqramın üç mərhələdən ibarət olacağı nəzərdə tutulub:[1]
- Birinci mərhələ ("Artemis 1") "Orion"un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.
- İkinci mərhələ ("Artemis 2") göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur.
- Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.