Artur Leist

Artur Leist
alm. Arthur Leist
Doğum tarixi
Doğum yeri Breslau, Almaniya
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan SSR
Dəfn yeri
Milliyyəti alman
Fəaliyyəti yazıçı, jurnalist və tərcüməci
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artur Leist (alm. Arthur Leist‎; 8 iyul 1852, Vrotslav, Sileziya[d]22 mart 1927, Tiflis) — alman yazıçısı. Erməni və gürcü dillərindən bir çox əsəri alman dilinə tərcümə etmişdir.

Artur Leist 1852-ci ilin 8 iyul tarixində Almaniyanın Breslau şəhərində anadan olmuşdur. Liest bu şəhərdə təhsil almış və bir müddət yaşamışdır. 1877-ci ildə Rus-türk müharibəsinin başlanmasından sonra Artur Leist Qafqaz bölgəsində baş verən hadisələrlə maraqlanmağa başlamışdır. 1884–1892-ci illərdə Artut Leist 3 dəfə Gürcüstana səfər etmişdir. Bu səfərlərdən sonra Leist Tiflis şəhərində yaşamağa qərar verir. Leist Tiflis şəhərində ermənigürcü dillərini öyrənməyə başlayır. Bir müddətdən sonra isə Liest ermənigürcü dillərində olan bədii əsərləri alman dilinə tərcümə etməyə başlayır. Artur Leist gürcü dilindən alman dilinə tərcümə etdiyi ilk kitabı 1887-ci ildə Tiflis şəhərində çap etdirmişdir. Leistə tərcümə işlərində İlya Çavçavadze kömək etmişdir. 1889-cu ildə Artur Leist Şota Rustavelinin Pələng dərili cəngavər əsərini tərcümə edir. Bu əsərin alman dilinə tərcümə edilməsi Artur Leist tərəfindən tərcümə edilmiş ən mühüm əsər hesab olunur. 1906–1922-ci illərdə Leist Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post qəzetində redaktor kimi fəaliyyət göstərmişdir. Artur Leist 1927-ci ilin 22 mart tarixində Tiflis şəhərində vəfat etmiş və Didibu fəxri məzarlığında dəfn olunmuşdur.