Artur Rasizadə

Artur Rasizadə
31 oktyabr 2003 – 21 aprel 2018
Prezidentİlham Əliyev
Əvvəlkiİlham Əliyev
SonrakıNovruz Məmmədov
26 noyabr 1996 – 4 avqust 2003
ƏvvəlkiFuad Quliyev
Sonrakıİlham Əliyev
bayraq
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
bayraq2
4 avqust 2003 – 4 noyabr 2003
Baş nazirİlham Əliyev
3 may 1996 – 26 noyabr 1996
Baş nazirFuad Quliyev
22 may 1991 – 16 may 1992
Baş nazirHəsən Həsənov
Feyruz Mustafayev (i. e.)
15 fevral 1996 – 25 noyabr 1996
PrezidentHeydər Əliyev
14 yanvar 1986 – 22 may 1991
SədrHəsən Seyidov
Ayaz Mütəllibov
Həsən Həsənov
5 fevral 1991-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1935(1935-02-26) (89 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, mühəndis, diplomat
Atası Tahir Rasizadə
Uşağı 1
Dini islam

Təltifləri "İstiqlal" ordeni — 2005 "Şərəf" ordeni — 2010 "Şöhrət" ordeni — 2015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Fəxri legion" ordeni kavaleri "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
SSRİ Dövlət mükafatı — 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.)

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

Vladimir Putinin hava limanında qarşılanması
Polşa prezidenti Lex Kaçinski ilə görüş

İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

  1. "Artur Rasizadə: "Hüseyn Cavidin evində qalırdıq"". kulis.az (az.). 14 iyul 2020. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2021.
  2. "Президент Азербайджана наградил Артура Расизаде и Джафара Велиева орденом «Hезависимость»". Информационное агентство TREND. 28.06.2006.[ölü keçid]
  3. "Президент Ильхам Алиев подписал распоряжение о награждении Артура Раси-заде орденом «Шараф»". "The First News. 25 февраля 2010. 2010-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-15.
  4. "A.T.Rasi-zadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2015-ci il tarixli Sərəncamı". president.az (az.). president.az. 25 fevral 2015. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  5. "Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib. apa.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]