Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arxip Kuinci | |
---|---|
Kuinci Arxip İvanoviç | |
Doğum tarixi | |
Doğum yeri | Mariupol |
Vəfat tarixi | |
Vəfat yeri | Sankt-Peterburq |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, universitet müəllimi[d] |
Təhsili |
|
Janr | peyzaj |
Stil | realizm |
Tanınmış işi | Dneprdə aylı gecə |
Tələbələri | Nikolay Rerix |
Vikianbarda əlaqəli mediafayllar |
Kuinci Arxip İvanoviç (1842–1910) — Ukrayna mənzərə rəssamı.
Arxip Kuinci 1842-ci ildə Azov (əsl adı Azak) dənizi sahillərində Kalçık çayı ağzında əsl adı Kalçık olan, sonra adı dəyişdirilərək Mariupol qoyulan, indiki Mariupol şəhərində doğulmuşdur.
Kuincinin ailəsi burada Yemençilər ləqəbi ilə tanınırdı (26, 8). Atası çəkməçiliklə məşğul idi. Yemençi türkcə "çəkməçi" deməkdir. Gələcək rəssam 15 yaşına kimi doğum şəhadətnaməsində rəsmən Yemençi oğlu soyadı ilə göstərilirdi.
Yemençilər ailəsi şəhərin Karasevka məhəlləsində yaşayırdılar. Yaşlılar hələ də öz məhəlləsinə Karasu deyirdilər. Onlar hələ 1738-ci ildə General Minixin fəth edib dağıtdığı Kırımın Karasu Bazar şəhərindən köçürülüb gətirilmişdilər. Karasu Bazar şəhərinin indiki adı Beloqorskdır. Kırımın minlərlə adı kimi o da dəyişdirilmişdir. Məşhur Azərbaycan alimi Bəkir Çobanzadə də bu şəhərdən çıxmadır.
Mariupol şəhərində gəlmələr-yenicə xristianlaşdırılmış türklər hər biri öz keçmiş şəhərlərinin adını məhəllələrində saxlayırdılar. Feodosiyadan köçürülən Kafa kvartalında (Kafa "qafa, baş" yəni baş şəhər, mərkəz. Feodosiya şəhərinin əvvəlki adı), Yevpatoriyadan gələnlər Kozlev məhəlləsində (Kozlev Yevpatoriya şəhərinin əvvəlki türk adı: Gozlev) yaşayırdılar. Yemençilər ailəsi həm də bilirdilər ki, onların ata-babaları nəsillikcə qızıl ustaları (türkcə kuyumçu "qızıl ustası, zərgər" deməkdir) olmuşlar; kuyumçuluq onların qədim peşələridir.
Ata-anasını 6 yaşında itirən gələcək rəssamı baba himayəsinə alır və öz ləqəbini, çox qürrələndiyi Kuyumçu adını ona verir. 1857-ci ildə yerli əhali siyahıya alınarkən Kuyumçu familiyasını qeyd etdirirlər. Kilsədə rəsmən xaçlanıb şəhadətnamə verilərkən kiçik rəssamın familiyası Kuyumçu yazılır. Bu vaxta kimi Yemençi kimi tanınan ailənin uşağı dədə-baba sənətini soyadı götürməli olur. Beləliklə, bu ailədə ilk rəsmi şəhadətnaməni Kuyumçu Arxip almış olur (26.11.).
Arxipin böyük bacı-qardaşları isə özlərinin türk soyadından ürkərək öz familiyalarının ruscaya tərcümə variantını – Zolotaryov (qızıl ustası, qızılçı sözündən) rəsmiləşdirdilər.
Kuinci ilk təhsilini xristianlaşmış türk olan Kostançıoğlunun şəhərdəki yunan məktəbində almışdır. Öz türk soyadını yunanlaşdırmaq arzusu da bu təhsil aldığı yunan məktəbində doğmuşdu. Onun şagirdlik illəri barədə sinif yoldaşı Karakaş xatirəsində göstərirdi ki, oxumağa çox laqeyd olan Arxip dərsdə müəllimə qulaq asmır, yalnız elə şəkil çəkirdi.
Sonralar qazandığı böyük sənət şöhrətinin rüşeymləri idimi, bu? Yoxsa yetimçilik qəhri idi?! Daldığı gözəllikləri, şirin nağılları, xəyallarındakı cənnət mənzərələri – həsrətində olduğu şirin bir dünyanı şəklə köçürürdü.
Kuinci yeni inanc, yeni din qazanmışdı, amma arxası yox idi, ata-anadan məhrum idi; işləməli idi, ona öz əlinin zəhmətilə yaşamaq, dolanmaq lazım idi. Başqa ailəyə boğazortağı və qabırğa olan oğlan 11 yaşının içində olsa da işləmək, öz əlinin çörəyini yemək zərurətini duyurdu. Odur ki, oxumağın daşını atır, təhsilini yarımçıq buraxır.
Şəhərdə xristianlıq qələbə çalırdı; hər tərəfdə kilsələr tikilirdi, iş çox idi. Kuinci memar Cabanenkonun tikdiyi kilsədə usta əli altında şagird işləyir. Lakin əli işə yatmır, tezliklə hər şeyi atır. Kafaya, düz rəssam Ayvazovskinin yanına üz tutur rəssamlığı öyrənmək üçün, lakin şagirdlik baş tutmur. Çünki gözəl rəssam Ayvazovski, gözəl də müəllim ola bilməmişdi. Ayvazovski Kırımda Kafa altında ġah Mamay oymağında sultan saraylarını andıran villasında yaşayırdı (indi ġah Mamay kəndi onun adını daşıyır). Bu 60 yaşa girən qoca bir də görürdün nə zamandır əlinə fırça almır, əyanlarla, yüksək dairə adamları ilə oturub-durur, görürsən dənizə baxan eyvanında sarmaşıqlar altında odlu qartal gözlərini aludəsi olduğu özü kimi nadinc, dəli dənizə zilləyib dizləri üstə endirdiyi kamanda ahəstə-ahəstə zümzüməyə başlayır. Ən çoxu da "Qalanın dibində bir daş olaydım…" mahnısını dili ilə kamanı bir oxuyur. Bu səs həzin bir istək olub indi qaranlığa qovuşan qorxunc dənizin narahat, xoflu köksünə tumar çəkir, yalvara-yalvara onu dincliyə, uyğuya səsləyir.
…Ayvazovskiyə şagird olmaq ona nəsib olmur. Əvəzində Qara dənizi qazanır, onu görür, ona bənd olur. Qədim türklərin həm Sudak dediyi, həm də böyüklüyünə, vahiməsinə görə Qara dəniz adı verdiyi dənizə. Əsl sənətlə və ilhamla artıq üz-üzədir. Sevgi də erkən gəlir onun ömrünə. Kuinci evlənir. Qız da onun özü kimi türk əsilli idi. Rəssamın evləndiyi tacir qızı Ketçerçi Vera Leontyevanın da ailəsi türk və sonrakı rus familiyasını bir müddət qoşa işlətsələr də, sonra özlərinin türk soyadlarından tamam imtina edib özlərini tacir ġapovalov kimi yazdırmışdılar. Yerli əhalinin – türklərin bu yerlərdə xristianlaşdırılması sürətlə gedirdi. Kuincidən çox yazılıb: onun özü də, müasirləri də, indi çox-çox sonralar dahi rəssamın həyat və yaradıcılığının araşdırıcıları onu yunan əsilli rus kimi təqdim etmişlər və etməkdədirlər.
Yazıçı Viktor Jukov "Kuinci işığı" adlı romanında onu yunan kimi göstərir, həmçinin romanda işlətdiyi yerli türk koloritini saxlayan türk sözlərini, bütöv cümlələri əsərin bədiiliyi və reallığını artıran bir çox vasitələr kimi istifadə olunmuş atalar sözlərini belə yunan sözləri kimi təqdim edir. Hətta romanda verdiyi türk mahnılarını, məsələn:
Ay sevdiyim sən kiminsen,
Yanağın gül, dilin bülbül.
Xalatının gülü çoxdur,
Senden kayrı kimsem yoxdur.
ġərqisinin sözlərinin türkcə olmasını belə nəzərə almadan yunan mahnısı kimi göstərir və s. Kuincinin özü-özünü yunanlıdan dönmə deyə təqdim etdiyi kimi. Rus mənzərə rəssamı Arxip Kuinci öz xarici görünüşü – qara qıvrım saçları, qapqara qaş-gözü, coşqun temperamenti ilə də öz mənşəyini büruzə verirdi.
Müasirlərinin xatirələrindən aydın olur ki, rəssamın ailəsi tatarca danışırmış. Yenə müasirlərinin qeyd etdiklərinə görə Kuinci Kırımda yerli adamlarla onların öz dilində – türkcə danışırdı. Özünün türk mənşəyi, dünənki keçmişi haqqında isə susurdu. Lakin fırçasında yaratdığı mənzərələr dil olub danışırdı. Doğma Kırım mənzərəsi, Kalçıkın füsunkar gözəlliklərini aşiqanə bir vəcdlə tutub saxlayan şəkillər – türk ruhula süslənən qapı-baca, qovaqlı, çinarlı bağlar, Kırımın cənnət sahilləri, dənizi, ilıq fəsilləri, gündüz qədər gözəl gecələr, səmanın işıqlı ənginlikləri, yerli xalqın – türklərin tanış və doğma görünüşləri, geyim-keçimi və məhrəm biçimləri, ġərq ətirli bağların hüsnü və s. təsvirlər, zəhmət adında bir fədakarlıq "əslini" dəyişən rəssamı bizim gecikmiş və əslində lüzumsuz məzəmmətlərimizdən aralı saxlayır.
Kuincinin şəkilləri sadəcə adi təbiət lövhələri deyil, bunlar poetik duyğuları daşıyan mənzərələrdir. Nahaq yerə ulu babaları nəsilbə nəsil qızılçı olmayıbdılar ki. Ġndi bu barmaqlar özü qızıldan idi. Bu sənət Turgenev, Dostayevski, Mendeleyev, Suvorin, Petruşevski kimi Rusiyanın qabaqcıl şəxsiyyətlərini elə heyran qoymuşdu ki, bu heyranlıq onları Kuinci sənətindən vəcdlə yazmağa sövq etmişdi. Sənəti kimi onun şəxsiyyəti də, həyatının hər bir anı sevgi ilə anılırdı. Bu həyat bu ürəyin özü kimi çox kövrək idi. Kuincinin şagirdi rəssam Rılov da öz kövrək xatirələrində yazırdı ki, müəllimin Kırımdakı bağında piramida şəkilli artıq qurumağa üz qoymuş qoca şam ağacları da gözə dəyirdi. Bu bağın füsnkar zümrüdü gözəllikləri ilə uyuşmayan bu qart şamların biri lap qurumuşdu. Yarpaqsız, lüt qalan bu ağacın acınacaqlı görünüşü təəccüb yaradırdı. Lakin bağbanın dediyinə görə rəssam Kuinci bu qurumaqda olan və bağın gözəlliyinə xələl gətirən ağacın kəsilib yığışdırılmasına icazə verməyirdi. Ağacın yaşına hörmət edirmiş… Budur gözəllik və mərhəmət; hər ikisi bir yerdə. Kuinci hələ sağlığında böyük şöhrətə çatmışdı. O, hələ lap erkən "Tatar kəndi ay işığında" şəkli ilə rəssam adını qazanmışdısa da "Dneprdə gecə" şəkli ilə ürəkləri fəth etdi. Bu aylı gecədə gümüşü rəngin sözlə deyib bilinməyən sehri hətta böyük rəssam Kramskoyu belə heyrətləndirdi; o, bu tabloda dəhşətli dərəcədə sehrkar olan rənglər gördüyünü etiraf etmişdi. Peterburqda şəkil nümayişi etdirilən sərgiyə baxmaq üçün küçə boyunca adamlar, ekipajlar növbəyə durmuşdular. ġəkil hələ sərgiyə qoyulmamışdan əvvəl, söz-sənət adamlarının hamisi böyük knyaz Konstantin onu almış, sərgidən sonra götürərək ondan ayrılmaq istəmədiyi üçün özü ilə dünya səyahətinə aparmışdı. Rus çarının qardaşı, sənət aşiqi böyük knyaz Konstantinin təzəlikcə "Moskva" jurnalında dərc olunmuş gündəlik xatirələrində bu görüşün təəssüratları geniş təsvir olunmuşdu. Belə ki, şahzadə Kuincinin emalatxanasına xəbərsiz gedir. ġəklin tərifini eşitmişdi. Gündəliyindən bir parçanı veririk: "ġəkli gördükdə yerimdə donub qaldım. Öz qarşımda enli çayın əks olunduğunu gördüm; bədirlənmiş ay bu çayı, deyim ki, otuz verstlik bir məsafədən işıqlandırmışdı. Mənə elə gəldi ki, özüm hündür bir təpənin üstündə dayanıb ayın işıqlandırdığı bu sehrli, nəhəng çaya baxıram. Ruhum vəcdə gəlmişdi; gözlərimi bu parlaq şəkildən çəkə bilmirdim. Ürəyim qısılırdı. ġəkli bir anda elə sevdim ki… Kuinci, bu şəkli alıram, ona nə istəsən ödəyəcəm, dedim. Bütün gün gözlərimi qapadıqda belə şəkil gözümün önündə dayanırdı" (17, 155). Bu şəkil hazırda Rus Muzeyində hifz olunur. Ümumiyyətlə, Kuincinin rəsmləri Tretyakov Qalereyasında, hətta bir şəkli isə "Volqa" tablosu adı ilə Azərbaycan Ġncəsənət Muzeyində saxlanılır. Bütün mədəni Rusiya Kuincini tanıyırdı. Hamı bilirdi ki, o, təmənnasız adamdır. Bu adam hər zaman yeniyetmə qədər xəyalpərvər, lakin qoca qədər müdrikdir; ən qatı düşmənlərini bağışlamağa, onların günahlarını unutmağa qadirdir. Bilirdilər ki, o böyük var-dövlətə sahib olana kimi nə qədər məhrumiyyətlərə tablaşmalı olmuşdu. Allah onu övlad payı ilə sevindirməmişdi. Sanki xudbin hissləri, mal-dövlət hərisliyini bununla da ondan uzaq tutmuşdu. Elə bil buna görə də övlad payından məhrum idi. Ona görə məhrum idi ki, neçə-neçə arxasıza arxa dursun, heç kimdə fərq qoymasın, nəyi var paylasın. Rəssamlar arteli təşkil etmişdi, ehtiyacı olan hər kəsə istədiyi qədər pul verirdi və bu pulu saymırdı verərkən (niyə saymalı idi?! Geri ki alınmırdı bu yardımı, saymağa hacət var idimi?!). Kuinci ölüm ərəfəsində emalatxanasında olan şəkillərini, pul ehtiyatlarını və Kırımda malik olduğu torpaqlarını öz adını daşıyan rəssamlar cəmiyyətinə vəsiyyət etmişdi. O ölərkən "…Dahi, böyük, doğrucul insan Kuinci öldü" – dedi müasirləri (31,62). Məzarının – son mənzilinin qurulmasında da elə bil bütün rus sənətkarları əl qoydu. Memar A. V.ġusevin layihəsi əsasında boz qranitdən hazırlanan bu abidə rəssamın ana vətəni Kırımın su quyuları şəklində idi. Bu ideyanı şagirdləri vermişdi: bu müəllimlərinin onlardan ötrü çeşmə qədər həyati, əbədi olduğuna, ondan aldıqları böyüklük, gözəllik dərslərinə işarə idi. M. K. Rerixin budaqlarına quş qonmuş palıd ağacı rəsmini Frolov qranit divarda mozaika ilə əks etdi. Qranit sütunda (bu sanki ömür ağacı idi) Kuincinin büstünü V. A. Beklemişev işlədi. Bu birliyin nümayişi özü simvolik məna daşımalıdır; bu bütün ürəklərdə Kuinci məhəbbətinin şölələnməsinə işarə edirdi.