Kənd | |
Arıxvəli | |
---|---|
40°52′ şm. e. 43°55′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]
Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim türk mənşəli arıq etnonimi ilə[5] Vəli şəxs adından əmələ gəlmişdir. «Arıq (Arıx) tayfasından olan Vəliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur.