Aseptik meningit | |
---|---|
XBT-10 | G03.0 |
XBT-9 | 322.0 |
DiseasesDB | 945 |
MedlinePlus | 000614 |
MeSH | D008582 |
Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur.[1]
Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür.
Etiologiyasına görə aseptik meningit 2 növ olur: yoluxucu və qeyri-infeksion. Bu günə qədər diaqnozun qoyulmasında bütün irəliləyişlərə baxmayaraq, dəqiq etiologiya yalnız 30-65% hallarda müəyyən edilə bilib.[2] Qalan etiologiyası naməlum hallar "idiopatik" kimi adlanır.[3]
Yoluxucu səbəblər baxımından ən çox yayılmış agent virusdur, həmçinin bakteriyalar, göbələklər və parazitlər də daxildir.[4] Xəstəliklərin yarıdan çoxu enteroviruslar tərəfindən törədilir (məs. Koksaki virusu), sonra herpes simplex-2 virusu, Qərbi Nil və suçiçəyi virusları. Digər əlaqəli viruslara tənəffüs virusları (adenovirus, qrip virusu, rinovirus), kabakulak virusu, arbovirus, HİV və limfositik xoriomeningit daxildir.[5]
Bakterial, göbələk və parazitar infeksiyalar viruslu infeksiyalardan daha az rast gəlinir. Göbələk infeksiyalarına səbəb Candida, Cryptococcus neoformans, Histoplasma capsulatum, Coccidioides immitis və Blastomyces dermatitides ola bilər. Aseptik meningitə səbəb olan parazitlərə toksoplasma gondii, nagleria, neyrosistiserkoz, trişinoz və hartmannella daxildir.[6][7]
Aseptik meningitin qeyri-infeksion səbəblərinin etiologiyasını üç əsas qrupa bölmək olar:
Qızılca, parotit, məxmərək,[8] suçiçəyi, sarı qızdırma, quduzluq, göy öskürək və qripə qarşı peyvəndlər kimi bəzi peyvəndlərə ikincili aseptik meningit də təsvir edilmişdir.[9] Bəziləri hətta meningokok peyvəndi ilə peyvənd olunduqdan sonra bunu təsvir edirlər.[10]
Ümumiyyətlə, məlumat düzgün verilmədiyi üçün illik xəstəliyin statistikası naməlumdur.[7] Bu xəstəlik hər yaşda baş verə bilər, lakin uşaqlarda böyüklərdən daha çox rast gəlinir.[4] Kişi və qadın nisbəti 2-in 1-dir. Aseptik meningit mülayim iqlimlərdə, yay aylarında daha çox rast gəlinir.[11]
Meningitin ən çox ehtimal olunan səbəbinin erkən müəyyən edilməsi müalicənin mümkün qədər tez başlaması üçün vacibdir. Xəstənin vəziyyəti ilkin olaraq stabilləşdirilməlidir. 48 saat ərzində venadaxili mayenin effektivliyi sübut edilmişdir.[12] Bakterial meningitdən şübhələnilirsə dərhal empirik antibiotik terapiyası tövsiyə olunur.[12] Ancaq müalicə gecikdirilirsə və ya xəstənin vəziyyəti ağırlaşırsa ilk növbədə mikrob əleyhinə preparatlardan istifadə olunmalıdır. Suçiçəyi xəstəliyinə şübhə varsa, empirik müalicəyə venadaxili asiklovir əlavə edilməlidir.[12]
Steroidlər vasitəsilə iltihab reaksiyasını azaltmaq üçün əlavə terapiya kimi istifadə olunur. Sübutlar deksametazonun antibiotiklərdən 10-20 dəqiqə əvvəl və ya onlarla birlikdə istifadəsini dəstəkləyir.[12] Onların təsirlərini (qısamüddətli nevroloji təsirlər və eşitmə itkisi) azaldığı göstərilmişdir, lakin bu bakterial meningit üçün daha doğrudur.[13]
Aseptik meningit diaqnozu qoyulduqdan sonra yaşlılar, immuniteti zəif olan şəxslər istisna olmaqla, xəstələr tez evə buraxılır.
Proqnozu xəstənin yaşından, həmçinin meningitin etiologiyasından asılıdır. Viruslu meningit adətən xoşxassəli olur və xəstələrin əksəriyyətində qalıq simptomları kimi yalnız yorğunluq, başgicəllənmə ilə tam sağalma adətən 5-14 gün ərzində baş verir.[4] Digər viruslar və qeyri-viruslu meningitlər, o cümlədən herpes virusları o qədər də zərərsiz deyil. Vərəmli meningit vaxtında aşkar edilib müalicə edilmədikdə ağır keçən və ölümlə nəticələnən təhlükəli xəstəlikdir.[6]