Asgardia | |||
---|---|---|---|
ing. Asgardia | |||
| |||
One Humanity, One Unity | |||
Rəsmi dilləri | |||
• Əhali |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Asgardia, İnternetdə yaradılan ölkədir.
İqor Aşurbəylinin 12 oktyabr 2016-cı il tarixində Paris kosmik konfransında qurulan Kosmik millətdir. Hal-hazırda öz veb saytı altında vətəndaşlıq müraciətlərini qəbul edir və təsdiqlənmiş müraciətlər 100.000-ə çatdıqda rəsmi ölkəyə çevrilmək üçün müraciətlərin ediləcəyi elan eliyib. Hal-hazırda Asgardia'ya müraciət 1000.000'a çatdı. Yalnız 126.000 insan Türkiyədən müraciət etmişdir, buna görə Türkiyə Çindən sonra vətəndaşlıq üçün müraciət edən ikinci ölkə olub.[2] Azərbaycan isə 4000-dən artıq müraciətlə 37-ci yerdədir.
Parisdəki bir konfransdakı çıxışında İqor Aşurbəyli kosmosa çıxmağı hədəfləyən peyk ölkəsinin yer kürəsini qorumaq, kosmik texnologiyalara əli çatmayanları bu texnologiyalarla qanun çərçivəsində təmin etmək və insanları sülh içində yaşamağı hədəfləyən peyk ölkəsinin yaratmağı hədəf aldığını ifadə etmişdir.[3]
Loqotipdə Qədim Misir ilahəsi (Ra)ya aid olan Gözün Ra və altı guşəli ulduz və ya papatya kimi şəkillər var.
Asgardia üçün vətəndaşlıq müraciətlərinin də başladıldığı elan edilsə də, layihə rəhbəri İqor Aşurbəyli, vətəndaş olmaq istəyən insanların, yer kürəsindəki ölkələrindəki vətəndaşlıqlarından imtina etmələrinin lazım olmadığını söyləmişdir.
İqor Aşurbəyli: "Asgardia vətəndaşları fiziki olaraq Yer üzündə olacaq, ancaq sadəcə Yer kürəsinin başqa bir ölkəsində yaşayacaqlar. Müraciətlərin sayı 100 mindən çox olarsa Dövlət statusu üçün BMT- yə müraciət edə biləcəyik." şəklində açıqlama vermişdir.