Aso vulkanı

Aso
yap. 阿蘇山
Aso kalderindəki Nakadake krateri
Aso kalderindəki Nakadake krateri
Ümumi məlumatlar
Vulkan forması Kalder
Püskürmə tipi Strombolian püskürmə tipi
Əmələgəlmə dövrü Pleystosen epoxası
Son püskürmə 11 oktyabr 2016-cı il
Tərkibi Andezit, Bazalt
Mütləq hündürlüyü 1592[1]
Yerləşməsi
32°53′06″ şm. e. 131°06′15″ ş. u.HGYO
Ölkə  Yaponiya

  • VOGRIPA1535
  • GVP282110
  • GeoNames1864972
Aso xəritədə
Aso
Aso
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aso (yap. 阿蘇山 Aso-san) — Yaponiyanın Kyuşu adasında, Kumamoto prefekturasında yerləşən vulkan. Aso böyük bir kalderdir. Ən yüksək nöqtəsinin hündürlüyü 1592 metrdir. Kalderin diametri 24х18 km-dir. Kalderin çevrəsinin uzunluğu 120 km-dir. Aso vulkanı 300 000–90 000 il əvvəl, pleystosen epoxasında formalaşmışdır. Kalderin mərkəzində 17 konus mövcuddur. Əsas beş zirvə mövcuddur: Takadake (1592), Nekodake, Ebosidake, Kidzimadake və Nakadake. Ən aktiv krater Nakadakedir. Nakadake kraterinin dərinliyi 128 metr, perimetri 4 km-dir. Onun aktivliyi 1500 ildir. Holosendə aktivləşən digər kraterlər də mövcuddur. Kometsuku kraterinin aktivləşmə vaxtı 210-cu ildir. Aso kalderi rayonunda püskürmə materyalı əsasən bazaltandezit tərkiblidir. Püskürmə daha çox strombolian tipinə aid olunur.

Aso vulkanının mərkəzi kraterləri
Aso kalderinin ümumi görünüşü

Aso kalderinin vulkanik fəaliyyəti 552-ci ildən 2011-ci ilə kimi 165 dəfə müşahidə olunmuşdur. Püskürmə nadir halda insan tələfatı ilə nəticələnmişdir. 1979-cu ildə baş vermiş püskürmə nəticəsində 3 nəfər ölmüş, 11 nəfər yaralanmışdır[2]. Buna səbəb kraterlərin birindən havaya atılmış bərk püskürmə materyalı olmuşdur. 1980-ci ildən sonra toplam 70 nəfər vulkan qazı ilə zəhərlənmiş və xəstəxanaya yerləşdirilmişdir. 1997-ci ildə iki turist kükürd qazı ilə zəhərlənib ölmüşdür.

Aso vulkanının soncu aktivliyi 2011-ci ilin 8 −14 iyununda baş vermişdir. Kül sütununun hündürlüyü 1800 metrə qalxmışdır. 2012-ci ilin iyul-sentyabr aylarında bölgədə seysmik aktivlik müşahidə olunmuş və alimlər 2500 yeraltı təkan qeydə alınmışdır.

Kalderin yerləşdiyi ərazidə 50 000 nəfər yaşayır. Bölgədən dəmir yolu xətti keçir. Nakadake krateri regionun populyar turizm obyektidir. Qış aylarında bəzən kalder qar örtüyü ilə örtülür və qış turizmi inkişaf edib. 2016-cı ilin aprelinə kimi dağda kanat yolu fəaliyyət göstərirdi. 2016-cı ildən kanat xətti bağlanılmış. Avtobus kraterin kənarına kimi hərəkət edir.

Aso vulkanı bölgəsi rütubətli kontinental iqlimə məxsusdur. Yayı isti, qışı soyuq keçir. Yağıntıların kiqadarı il boyu yüksəkdir. Bu göstərici əraziyə subtropik xarakter verir. İyun-iyul aylarında hər ay 500 mm-dən çox yağıntı düşür.[3]

2016-cı ilin 16 aprelində vulkan aktivləşmiş və 100 metrə qədər püşkürmə məhsulu tullamışdır. Bu püskürmənin zəlzələ ilə əlaqəsi olub olmaması sual doğururdu[4]. Kioto universitetinin əməkdaşı Kazuhiri İsihara sonda bildirmişdir ki, vulkan zəlzələdən öncə aktivləşmişdir[5][6].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Peakbagger.com". 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  2. "Aso Volcano — John Seach". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  3. "Asosan Climate Normals 1961-1990". National Oceanic and Atmospheric Administration. İstifadə tarixi: January 6, 2013.
  4. Small eruption seen on Mount Aso after latest quakes. Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine (ing.)
  5. Small-scale eruption at Mt. Aso in Kumamoto not related to quakes: volcanologist. Arxivləşdirilib 2016-04-25 at the Wayback Machine (ing.)
  6. Aso Volcanic Warning Level Lowered to Level 2, Entry Allowed Up to Mt. Aso Rope Way Asosan-Nishi Station. Arxivləşdirilib 2016-04-25 at the Wayback Machine (ing.)